Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstan xalqına və hakimiyyətinə müraciət edib; Mixail Saakaşvilini Ukrayna, Avropa və ya Amerikadakı klinikaya köçürsünlər. “Mixailin başına gələnlər qəddarlıqdır. Bu, Gürcüstana yaraşmaz. Buna son qoyulmalıdır”, - deyə Ukrayna prezidenti bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“İndi mən Gürcüstandakı bütün dostlarımıza və xoş niyyətli insanlara müraciət etmək istərdim. Yəqin ki, siz Mixail Saakaşvilinin səhhətinin nə vəziyyətdə olduğunu görmüsünüz. Ona görə də mən gürcü xalqına, gürcü hökumətinə müraciət edirəm - xüsusilə Milad bayramı öncəsi mərhəmət lazımdır. Xahiş edirəm, onun həyatını xilas edəcək bir qərar verin - Mixail Saakaşvilini Ukraynadakı klinikalardan birinə, başqa bir Avropa ölkəsinə, Amerikaya köçürün. Bu cür mehriban bir addım atmağın vaxtıdır”. – deyə Zelenski dekabrın 19-da gecə saatlarında yayımlanan videomüraciətində bildirib.
Dekabrın 1-də vəkillər Saakaşvilinin cəzadan azad edilməsi və ya cəzaçəkmənin təxirə salınması barədə vəsatətlə Tbilisi Şəhər Məhkəməsinə müraciət ediblər. İş üzrə növbəti iclas dekabrın 29-da keçiriləcək.
Vəsatət “Empatiya” mərkəzinin və beynəlxalq tibbi ekspert komissiyasının hazırladığı nəticəyə əsaslanır, nəticəyə görə, Saakaşvili həbs olunmazdan əvvəl praktiki olaraq sağlam idi, indi isə koma və ölüm gözləntisi var. Ekspertlərin fikrincə, Saakaşvili diaqnoz və müalicə üçün təcili olaraq ABŞ və yaxud Avropa İttifaqının üçüncü dərəcəli universitet çoxprofilli klinikasına köçürülməlidir.
Dekabrın 7-də Gürcüstanın Xalq Müdafiəçisi tərəfindən yaradılmış ekspertlər qrupu Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı yeni hesabat yayımlamışdı. Yekun nəticəyə əsasən, Mixail Saakaşvilinin səhhətinin vəziyyəti kəskin pisləşib və ağır qiymətləndirilir.
Mixail Saakaşvilinin azadlığa buraxılmasını və müalicə üçün xaricə göndərilməsini, həmçinin Avropa Parlamenti tələb edir. Dekabrın 14-də qəbul edilmiş qətnamədə qeyd olunur ki, Gürcüstan hökuməti keçmiş prezidentin sağlamlığı və rifahına görə tam məsuliyyət daşıyır. Avropa Parlamentinin deputatları Saakaşvilini əfv etmək üçün Gürcüstan prezidenti Salome Zurabişviliyə müraciət ediblər.
Mixail Saakaşvili may ayında, səhhətinin pisləşməsindən sonra Penitensiar xidmətin kontraktoru olan “Vivamed” klinikasına yerləşdirilib.
“Milli Hərəkat”ın üç deputatı Saakaşvilinin xaricə köçürülməsi tələbi ilə ötən həftədən parlamentdə aclıq aksiyası keçirir.
Cəzaçəkmənin təxirə salınması ilə bağlı məhkəmə iclası dekabrın 22-də keçirilməlidir.
Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə yerli özünüidarəetmə seçkilərinə bir gün qalmış həbs edilib. Saakaşvili təqsirli bilinir və parlament üzvü Valeri Gelaşvilini döyməkdə və Sandro Qirqvlianinin qətlində təqsirli bilinən Konstitusiya Təhlükəsizlik Departamentinin əməkdaşlarının əfv edilməsi işlərinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. Saakaşvili, həmçinin “İmedi” televiziya şirkətinin işi, noyabrın 7-də keçirilən etiraz aksiyasına basqın etmək, Patarkatsişvilinin əmlakını qanunsuz ələ keçirmək və xüsusi dövlət mühafizə xidmətinə məxsus 9 milyon 24 min 367 lari mənimsəməkdə ittiham olunur. Üçüncü prezident özünü təqsirli hesab etmir və ittihamların siyasi motivli olduğunu deyir.