Prezident Volodimir Zelenski Ukraynanın Amerika istehsalı olan F-16 qırıcılarını aldığını təsdiqləyib və bildirib ki, bu, ölkənin hərbi hava qüvvələrinin inkişafında yeni mərhələdir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bu müharibə başlayandan sonra biz tərəfdaşlarımızla səmamızı Rusiya raketləri və təyyarələri üçün bağlamağın zəruriliyi barədə danışdıq. Aviasiya, hava hücumundan müdafiə, müdafiə qüvvələrimizin imkanlarını gücləndirmək üçün yüzlərlə görüşlər keçirmişik, danışıqlar aparmışıq. Biz tez-tez “mümkün deyil” cavabını eşidirdik, amma yenə də ambisiyamızı, müdafiə ehtiyacımızı mümkün etdik. İndi bu, həqiqətən də səmamızda bir reallıqdır. F-16 Ukraynadadır”, - deyə Zelenski bildirib.
Ukrayna prezidenti Ukraynaya F-16-ları almağa kömək edən tərəfdaşlara və bu təyyarələrin tədarükü üçün Ukraynanın müraciətini ilk dəfə bölüşən ölkələrə - Danimarka, Hollandiya və ABŞ-a təşəkkür edib.
Zelenski Ukraynanın neçə təyyarə aldığını dəqiqləşdirməyib. O, F-16-ların və təlim keçmiş pilotların sayının hələ də yetərli olmadığını vurğulayıb.
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirski bildirib ki, Ukraynada F-16 qırıcılarının görünməsindən sonra “Rusiya cinayətkarlarının Ukrayna şəhərlərinə hücum etmək üçün istifadə etdiyi daha çox vurulan raketlər və təyyarələr olacaq”.
“Müasir təyyarələrdən səmərəli istifadə ilk növbədə ukraynalı hərbçilərin həyatını qorumaqdır. Prezidentə, müdafiə nazirinə və F-16-ların səmamızda görünməsi üçün 7/24 çalışan hər kəsə təşəkkür edirəm”, - deyən Sirski bunun Ukraynanın qələbəsi üçün daha bir mühüm addım olduğunu qeyd edib.
Ukrayna tərəfdaş ölkələrdən əlavə qırıcı təyyarələr gözləyir.