Ukrayna Silahlı Qüvvələrinin keçmiş Ali Baş Komandanı Valeri Zalujni Ukraynanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bu vəzifə ötən ilin iyul ayından boş idi.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Prezident Volodimir Zelenski martın 7-də general Valeri Zalujninin namizədliyini təsdiqləyib və onun izah etdiyi kimi, diplomatiya istiqamətində getmək Zalujninin arzusu olub.
“Britaniya ilə müttəfiqliyimiz yalnız gücləndirilməlidir”, - prezident gündəlik müraciətində deyib.
Volodimir Zelenski 2021-ci ildən Ukrayna Silahlı Qüvvələrinə komandanlıq edən və sorğulara görə Ukraynanın ən populyar hərbçisi hesab edilən Valeri Zalujnini fevralın 8-də vəzifəsindən azad edib və onun yerinə general-polkovnik Aleksandr Sirskini təyin edib.
“General Zalujniyə iki illik müdafiəyə görə minnətdaram. Birgə qazandığımız bütün qələbələri yüksək qiymətləndirirəm”, - deyə Zelenski bildirib.
Media bir neçə həftə ərzində Zalujninin mümkün vəzifəsindən uzaqlaşdırılması barədə yazırdı. Versiyalardan birinə görə, Volodimir Zelenskinin narazılığına Valeri Zalujninin populyarlığı, həmçinin “The Economist”in noyabrda dərc etdiyi müsahibə səbəb olub ki, burada general müharibənin dalana dirəndiyinin və hesablamanın Rusiyanın tükənməsinə əsasən aparılmasının səhv olduğunu deyib. Ukrayna hakimiyyəti ali baş komandanla prezident arasında münaqişənin olmasını təkzib edib.
Volodimir Zelenski vəzifədən azad edildikdən sonra Valeri Zalujniyə Ukrayna Qəhrəmanı adı verib.