Zorakı və homofob qrupların təşkil etdiyi aksiya iştirakçıları bugünkü qapalı tədbirin - “Prayd Festivalı”nın keçirilməli olduğu Lisi gölü yaxınlığındakı polis kordonlarını yarmağa müvəffəq olublar. Daxili İşlər Nazirliyi mühasirədə qalan festival təşkilatçılarını ərazidən təxliyyə edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Biz ərazini tərk etməli olduq. Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazini qoruya bilmədilər. Təxliyyə taksilərlə həyata keçirildi”;
“Bugünkü hadisələr hücumun Daxili İşlər Nazirliyi ilə zorakı “Alt-İnfo” qruplaşması arasında əvvəlcədən kordinasiya olunmuş və razılaşdırıldığını göstərir”, - “Tbilisi Pride”ın yaydığı bəyanatda deyilir.
Bundan əvvəl qurumun rəhbəri Mariam Kvaratsxelia qapalı tədbirdə qeydiyyatdan keçmiş iştirakçıları festivala gəlməməyə çağırıb. Onun sözlərinə görə, orada baş verən hadisələr nəticəsində xəsarət alan olmayıb.
“Prayd Festivalı”nı pozmaq məqsədilə vətəndaşlar müxtəlif zorakı və homofob qrupların, o cümlədən “Mühafizəkarlar Hərəkatı/Alt-İnfo” və Vato Şakarişvilinin “Öncə Gürcüstan” hərəkatının çağırışı ilə səfərbər olublar. Səhər saatlarında Vaja-Pşavela abidəsi önünə toplaşan bir neçə yüz nəfər Lisi gölünə doğru yürüş edib. Yürüşdə Pravoslav Kilsəsinin ruhaniləri də iştirak edib.
Zorakı qruplar müxtəlif istiqamətlərdən festival ərazisinə daxil olmağa çalışıblar. Onlar polisə müqavimət göstərərək festival üçün hasarlanmış əraziyə mümkün qədər yaxınlaşıblar.
“Prayd Festivalı” LGBTQ+ icmasının təşkil etdiyi qapalı tədbirdir və “Tbilisi Prayd” həftəsinin qapanış tədbiri olmalı idi. Homofob və zorakı qruplar yalan məlumatlar yayırdılar ki, guya Tbilisi küçələrində eyni adlı “gey-parad”ın keçirilməsi planlaşdrılıb və bu yolla vətəndaşları, o cümlədən rayonlardan gələnləri səfərbər etməyə çalışırdılar. Daxili İşlər Nazirliyi qapalı tədbirin dinc şəraitdə keçirilməsi üçün polis bölmələrinin bütün lazımi yerlərdə səfərbər ediləcəyini, asayişin və təhlükəsizliyin təmin olunacağını bildirmişdi.