Avropa İttifaqının Ədalət Məhkəməsi (CJEU) qərar verib ki, fiziki və ya psixi zorakılığa, o cümlədən cinsi və məişət zorakılığına məruz qalan və ya risk altında olan istənilən ölkənin qadın vətəndaşının Aİ-də müdafiə və qaçqın statusu almaq hüququ var.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Məhkəmənin bu qərarı kürd əsilli türk müsəlman qadının işi əsasında çıxarılıb. Qadın iddia edib ki, ailəsi onu zorla ərə verib, əri isə onu hədələyib və döyüb. O, Bolqarıstana qaçıb və orada beynəlxalq müdafiə tələb edib. Qadın Türkiyəyə dönəcəyi təqdirdə həyatının təhlükədə olacağını iddia edib. İşə baxan Bolqarıstan məhkəməsi Avropa İttifaqı Ədalət Məhkəməsinə müraciət etmək qərarına gəlib.
Avropa Parlamentinin 2011/95 saylı Direktivi üçüncü ölkələrin vətəndaşlarına qaçqın statusunun və əlavə müdafiə statusunun verilməsi şərtlərini müəyyən edir. Qaçqın statusu üçüncü ölkə vətəndaşının irqi, dini, milli mənsubiyyəti, siyasi əqidəsi və ya müəyyən sosial qrupa mənsubiyyətinə görə təqib edildiyi, əlavə müdafiə isə qaçqın hesab edilməyən, lakin mənsub olduğu ölkəyə qaytarıldığı təqdirdə, o cümlədən ölüm cəzası və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı əhatə edən real ciddi zərər riski ilə üzləşmə təhlüksəi olan üçüncü ölkə vətəndaşına verilir.
Ədliyyə Məhkəməsi qeyd olunan direktivin İstanbul Konvensiyasına uyğun şərh edilməli olduğunu müəyyən etmişdir. Sözügedən konvensiya Avropa İttifaqı üçün məcburi bir sənəddir və qadınlara qarşı gender əsaslı zorakılığı təqib kimi tanıyır. Bundan əlavə, Məhkəmə qeyd edib ki, qadınlar bütövlükdə [Direktivin mənasına görə] sosial qrup üzvləri hesab edilə bilər. Nəticə etibarilə, onlar genderlərinə görə mənşə ölkələrində fiziki və ya psixi zorakılığa, o cümlədən cinsi zorakılığa və məişət zorakılığına məruz qaldıqda qaçqın statusu ala bilərlər.
“Qaçqın statusunun verilməsi ilə bağlı şərtlər yerinə yetirilmədikdə, onlar əlavə müdafiə ala bilərlər, o cümlədən onların ailə üzvləri və ya cəmiyyət nümayəndəsi tərəfindən mədəni, dini və ya ənənəvi normaları pozmaı səbəbindən real ölüm və ya zorakılıq riskimövcud olduqda”, - məhkəmənin yanvarın 16-da yaydığı press-relizdə deyilir.
Avropa Parlamenti məhkəmənin qərarını təqdir edib. Almaniyalı Avropa Parlamentinin deputatı və Avropa Parlamentindəki Yaşıllar Qrupunun həmsədri Terri Reinkenin “Deutsche Welle” yə verdiyi bəyanata görə, bu qərar Aİ-nin Aİ pasportu olmayan, lakin ölkələrində məişət zorakılığının qurbanı olan qadınları da müdafiə etməli olduğunu açıq şəkildə göstərib. Qeyri-hökumət təşkilatlarının fikrincə, məhkəmənin qərarı layiqincə icra olunarsa, gələcəkdə Avropa İttifaqında daha çox qadının müdafiə olunacağını ehtimal etmək olar.