Zuqdididə, Bukia küçəsində, çoxmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində, gecə saatlarında baş verən yanğında altı yaşından kiçik iki uşaq həyatını itirib. İki yeniyetmə yanan mənzildən çıxa bilib. Onların həyati təhlükələri yoxdur.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Yanğın baş verən zaman bacı-qardaşlar kirayə mənzildə tək olublar. Yanğının nədən baş verdiyi məlum deyil. Qonşulardan birinin dediyinə görə, borcları ödənilmədiyi üçün sosial cəhətdən həssas ailənin işığı və təbii qazı kəsilib.
Qonşuların dediyinə görə, uşaqlar bir müddət himayədarlıqda olub, lakin ailənin sabit gəliri olduqdan sonra valideynlərinin yanına qayıdıblar. Ər və arvad qoz-fındıq yığıımında işləyirmişlər, uşaqlar isə çox vaxt evdə tək qalırmışlar.
Yanğın saat 02:00 radələrində baş verib. Qonşuların sözlərinə görə, hadisə yerinə gələn yanğınsöndürən maşın problemlə üzləşib, xüsusən də pilləkən ilk başda açılmayıb.
“Yanğınsöndürən gəldikdə suyu aşağıdan tökdü. Belə onu necə söndürmək olar? Su qalxa bilmədi”, – yerli sakinlərdən biri deyir.
Fövqəladə Hallar İdarəsi Xidmətindən verilən məlumata görə, yanğınsöndürən-xilasedicilər qısa müddətdə hadisə yerinə çatsa da, iki yeniyetmənin öldüyünü aşkar ediblər. Xidmət yanğının vaxtında lokallaşdırıldığını və yanğının digər mərtəbələrə keçmədiyini qeyd edir.