Aİ-nin Gürcüstandakı nümayəndəliyinin rəhbəri, Pavel Herçinskinin sözlərinə görə, Avropa İttifaqı Gürcüstandan de-oliqarxizasiya prioritetinin həyata keçirilməsi ilə bağlı sistemli yanaşma gözləyir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcüstanın ötən il əldə etdiyi 12 prioritet Aİ liderləri tərəfindən ən yüksək səviyyədə razılaşdırılıb. Beləliklə, aydındır ki, bu prioritetin götürülməsi imkanı yoxdur. De-oliqarxizasiya 5-ci prioritetdir, bu çox vacib məsələdir. Gürcüstanda və digər postsovet ölkələrində biz bir çətinliklə üzləşirik - maraqların biznes, siyasət və ictimai həyata həddindən artıq təsiri. Bu, Gürcüstan üçün problemidir və bu problem həll olunmalıdır. Necədeyə soruşsanız, aydındır ki, buna gürcülər özləri qərar verməlidirlər”, - deyə səfir bu gün jurnalistlərə bildirib.
Diplomatın sözlərinə görə, Venesiya Komissiyası “De-oliqarxizasiya” qanun layihəsində hakim çoxluğun, “Gürcü Arzusu”nun seçdiyi yanaşmanın düzgün yanaşma olmadığını və çoxlu risklərin mövcud olduğunu çox açıq şəkildə ifadə edib.
“Məhz buna görə də biz Venesiya Komissiyasının dediyi kimi, sistemli yanaşma gözləyirik. Sistemli yanaşma bir çox fərqli şeylər deməkdir. Bu, Gürcüstanın dövlət institutlarını gücləndirmək üçün edilməlidir. Söhbət hesabatlılıq, şəffaflıq, siyasi kampaniyaların maliyyələşdirilməsi, seçkilərin maliyyələşdirilməsi, media azadlığı, məhkəmə islahatları, korrupsiyaya qarşı ən yüksək səviyyədə mübarizədən gedir.
Yəni, bütöv mühit elə qurulmalıdır ki, varlı adamlar ictimai-siyasi həyata təsir göstərməsin.
Biz, Avropa İttifaqı olaraq buradayıq ki, Gürcüstandakı siyasi elita hansı yolu seçsə də, öz təcrübəmizlə, mütəxəssislərimizlə sizə kömək edək”, - Aİ səfiri bildirib.
İyunun 13-də parlamenti 2 əleyhinə 81 lehinə səslə “de-oliqarxizasiya haqqında”qanun layihəsini ikinki oxunuşda qəbul edib. Hakim partiya Venesiya Komissiyasının 1 gün əvvəl, belə bir qanunun de-oliqarxizasiya problemi üçün nə demokratik, nə də efektiv cavab olduğunu dərc etdiyi rəyini nəzərə almayıb. Komissiyanın qiymətləndirməsinə görə, qanunun müddəalarının təkbaşına tətbiqi qanunun legitimliyinə və siyasi plüralizmə ciddi təhlükə yarada bilər və “oliqarxik” təsirlərin aşılmasına az təsir göstərə bilər.
“Fərdiləşdirilmiş de-oliqarxizasiya qanunu, qiymətləndirildiyi kimi, hakimiyyətdə olanların əlində siyasi opponentləri sıxışdırmaq üçün təhlükəli alətə çevrilməsi riskləri yaradır... Venesiya Komissiyası “sistemli” yanaşmanı tövsiyə edir”, - Venesiya Komissiyası öz rəyində yazır və parlamenti qanun layihəsini qəbul etməməyə çağırır.
“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze dünən bildirib ki, qanun layihəsini üçüncü, yekun oxunuşda dəstəkləyəcəklər. Kobaxidzenin sözlərinə görə, Avropa Komissiyası 12 bənddən de-oliqarxizasiya qeydini çıxarsa, parlament çoxluğu qanunu qəbul etməyəcək. “De-oliqarxizasiya” qanununun qüvvəyə minmə tarixi kimi 2024-cü il martın 1-i müəyyən edilib.