Saqareconun Ləmbəli kəndində 14 yaşlı Aytac Şahmarovanın qətli ilə bağlı Kaxeti polisi təqsirləndirilən şəxsin əmisi və əmisi oğlunu həbs edib. İstintaq onların cinayət barədə məlumat vermədiyini və onları 7 ilə qədər həbs cəzası gözlədiyini iddia edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Daxili İşlər Nazirliyinin məlumatına görə, araşdırma zamanı müəyyən edilib ki, qətl törətməkdə təqsirləndirilən 26 yaşlı Alim Sadıqov qaçırılan 14 yaşlı qızı ailə qurmaq məqsədi ilə Saqareco bələdiyyəsində əmisinin evinə gətirib. Təqsirləndirilən şəxsin əmisi və əmisi oğlu azyaşlının qaçırıldığını biliblər. Onlar cinayət barədə polisə məlumat verməyiblər.
Oktyabrın 6-da Saqareconun Ləmbəli kəndində 14 yaşlı qız qətlə yetirilib. 26 yaşlı Alim Sadıqov azyaşlı uşağı qəsdən öldürməkdə təqsirli bilinərək həbs edilib. İş materiallarına görə, Sadıqov qızı ailə qurmaq məqsədilə yayda qaçırıb. Qız qaçmağa çalışıb, gizlicə qaçmağa müvəffəq olub, başqasının telefonu ilə anasına zəng edib və anası və dayısı onu Ləmbəlidə qalmağa məcbur etsələr də, o kişi ilə yaşamaq istəmədiyini bildirib.
Aytac Şahmarovanın qətli ilə bağlı artıq 5 nəfər həbs edilib. Alim Sadıqov qəsdən adam öldürmə maddəsi ilə həbs edilib, onu 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir. Təqsirləndirilən şəxs deyir ki, o, qızı öldürmək istəməyib və sadəcə onu silahla qorxutmaq istəyib.
Rustavi məhkəməsi qətlə yetirilən azyaşlı qızın anası və dayısını da həbs edib. Prokurorluq onları nikaha məcbur etməkdə və cinayət barədə məlumat verməməkdə ittiham edir. Həbsdən əvvəl ana bildirib ki, Alim Sadıqovdan qorxub, çünki o, qızı apararsa, onu öldürəcəyi ilə hədələyib. İstintaq materiallarına görə, ana, Sadıqovu imkanlı olduğu üçün kürəkən kimi bəyənib.
14 yaşlı Aytac Şahmarova Qarabulaq İctimai məktəbinin 8-ci sinif şagirdi olub. O, yeni tədris ilindən məktəbə gəlməyib və direktor bu barədə nə polisə, nə də sosial xidmətlərə məlumat verib. Bu gün direktor Təhsil Nazirliyinin Baş Müfəttişliyinə dindirilməyə çağırılıb, həmin vaxt onun halı pisləşib və klinikaya yerləşdirilib. Məlumat yayılıb ki, direktorun qızın qaçırılmasından xəbəri olub və faktı gizlədib.