14 yaşlı Aytac Şahmarovanın qətli ilə bağlı istintaqa çağırılan Dmanisi bələdiyyəsinin Yuxarı Qarabulaq kəndi ictimai məktəbinin direktoru Hamlet İsmayılovun halı pisləşib. Təcili yardım maşını onu yerli xəstəxanaya aparıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Onun halı Dmanisi Təhsil Resurs Mərkəzində Təhsil Nazirliyinin Baş Müfəttişliyinin nümayəndələrinə izahat verkən pisləşib.
Oktyabrın 6-da Saqareconun Ləmbəli kəndində 14 yaşlı qız qətlə yetirilib. 26 yaşlı Alim Sadıqov azyaşlı uşağı qəsdən öldürməkdə təqsirli bilinərək həbs edilib. İş materiallarına görə, Sadıqov qızı ailə qurmaq məqsədilə yayda qaçırıb. Qız qaçmağa çalışıb, gizlicə qaçmağa müvəffəq olub, başqasının telefonu ilə anasına zəng edib və anası və dayısı onu Ləmbəlidə qalmağa məcbur etsələr də, o kişi ilə yaşamaq istəmədiyini bildirib.
Rustavi məhkəməsi qətlə yetirilən azyaşlı qızın anası və dayısını da həbs edib. Prokurorluq onları nikaha məcbur etməkdə və cinayət barədə məlumat verməməkdə ittiham edir. Həbsdən əvvəl ana bildirib ki, Alim Sadıqovdan qorxub, çünki o, qızı apararsa, onu öldürəcəyi ilə hədələyib. İstintaq materiallarına görə, ana, Sadıqovu imkanlı olduğu üçün kürəkən kimi bəyənib.
14 yaşlı Aytac Şahmarova Qarabulaq ictimai məktəbinin 8-ci sinif şagirdi olub. O, yeni tədris ilindən məktəbə gəlməyib və direktor bu barədə nə polisə, nə də sosial xidmətlərə məlumat verib. Mülki fəal Samirə Bayramova məktəb direktoru Hamlet İsmayılov haqqında geniş yazı dərc edib və orada direktoru azyaşlı qızların ərə verilməsi faktlarını gizlətməkdə ittiham edib. Məktəb direktoru iki gün əvvəl “Gürcüstan Xəbərləri”nə bildirib ki, Bayramova yalan məlumat yayır və onu bu böhtana görə məhkəməyə verəcək.