Milli Statistika Xidməti Gürcüstan əhalisinin sayı ilə bağlı hesabat dərc edib. 2023-cü ilin, 1 yanvar göstəricilərinə əsasən Gürcüstanda 3 milyon 736 min 400 nəfər yaşayır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3% çoxdur. 2022-ci ildə mənfi təbii artım (- 6799) olub. Əhalinin artımı miqrasiya ilə bağlıdır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
2022-ci ildə immiqrantların sayı 142,9% artaraq 179 778 nəfər təşkil edib. Onların cəmi 30,3 faizi Gürcüstan vətəndaşıdır.
Ən çox immiqrant, 62 304 nəfər ilə Rusiya Federasiyasının vətəndaşlarıdır. Sonra Gürcüstan (54 405), Ukrayna (20 716), Belarus (13 361), Hindistan (3948) və Türkiyə (3946) vətəndaşları gəlir. Digər ölkələrin vətəndaşlarının sayı isə 21 038 nəfərdir. 60 immiqrantın vətəndaşlığı yoxdur/müəyyən edilməyib.
Saxstat-ın məlumatına görə, keçən il immiqrantların sayı əvvəlki illə müqayisədə 25,3% artaraq 125 269 təşkil edib. Emiqrantların 80,5%-i, yəni 100 802 nəfəri Gürcüstan vətəndaşlarıdır.
Emiqrantlar arasında 5935 Rusiya, 2064 Türkiyə, 2004 Ukrayna, 1412 Hindistan vətəndaşı var. Mühacirət edənlərin 12 147 nəfəri başqa ölkələrin vətəndaşları, 53 nəfərin isə vətəndaşlığı olmayan/müəyyən edilməyən şəxslər olub.
İmmiqrantların 84,3%-i, emiqrantların 86,7%-i əmək qabiliyyətli yaşında olan əhalini təmsil edirlər (15-64 yaş qrupu).
Gürcüstan əhalisinin 60,4%-i şəhər qəsəbələrində yaşayır. Bundan əlavə, Tbilisi əhalisi (1.241.700) ümumi əhalinin demək olar ki, üçdə birini təşkil edir.
Əmək qabiliyyətli əhalinin bütün əhali üzrə payı 63,8 faiz təşkil edir.
Əhalinin cinsi tərkibinə gəlincə, 2023-cü il yanvarın 1-nə kişilərin sayı 1 793 800 nəfər, qadınların sayı isə 1 942 500 nəfər olub.Bundan başqa, Gürcüstan əhalisinin 48 faizini kişilər, 52 faizini isə qadınlar təşkil edir. Cins nisbəti 92-dir, yəni hər 100 qadına 92 kişi düşür. 35 yaşdan aşağı kişilərin sayı qadınların sayını üstələyir, 35 yaşdan sonra isə qadınların kişilərə nisbətən daha uzun ömür sürməsi səbəbindən aydın əks mənzərə yaranır.
2022-ci ildə gözlənilən ömür uzunluğu 2,3 vahid artaraq 73,7, o cümlədən kişilər üçün 69,4, qadınlar üçün 78,1 yaş təşkil edib. Gürcüstan əhalisinin orta (median) yaşı 38-dir.