Gürcüstanda 2013-cü ilə qədər istehsal olunmuş avtomobillərin idxalı məhdudlaşdırılacaq, ölkədən katalizatorların ixracı isə qadağan ediləcək. Baş nazir İrakli Ğaribaşvili hökumətin bu qərarlarını nasaz avtomobillərin yaratdığı havanın çirklənməsi problemi ilə izah edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Biz müzakirə etdik və ölkədə avtomobillər üçün Avro 5 standartını tətbiq etmək qərarına gəldik. Bu, praktikada o deməkdir ki, 2013-cü ildən əvvəl istehsal olunmuş avtomobillərin idxalı məhdudlaşdırılacaq.
İstəyimiz və qərarımız ondan ibarətdir ki, tənzimləmə minik avtomobilləri üçün artıq 2024-cü il yanvarın 1-dən, avtobuslar və yük avtomobilləri üçün isə 2025-ci il yanvarın 1-dən qüvvəyə minsin. Biz bunu hələ də müzakirə edirik. Müəyyən mülahizələr var və biz bununla bağlı daha ağlabatan vaxt vermək istədik.
Qeyd olunan tarixlərdən etibarən ölkə ərazisində “Avro 5” standartından aşağı keyfiyyətdə olan avtomobilin qeydiyyata alınması artıq mümkün olmayacaq. Təbii ki, qəbul edilmiş qərar artıq ölkədə olan, reeksport və tranzit məqsədilə daxil olmuş avtomobillərə şamil edilməyəcək”, - İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında bildirib.
Baş nazirin sözlərinə görə, bərk hissəciklər və azot dioksidi ölkədə iki problemli hava çirkləndiricisidir və azot dioksidi ilə havanın çirklənməsinin əsas mənbəyi köhnəlmiş və nasaz işləyən avtomobillərdir.
“Bu çirkləndiricinin ən yüksək göstəriciləri ən böyük şəhərlərdə, Tbilisidə və digər iri şəhərlərdə, Batumi, Kutaisi, Rustavi, Zestafon, Marneuli, Xaşuri, Axaltsixe və Çiaturada qeydə alınıb. Bu problem, hər gün ən çox avtomobilin hərəkət etdiyi paytaxtda daha kəskindir. Tbilisidə 25 məntəqədən 13-də normanın aşılması qeydə alınır və bu məntəqələrdə bəzi küçələrdə normadan iki dəfə artıqdır. Ən əsası, biz keçən il havanın keyfiyyətini ölçmüşük və son vaxtlar zərərli maddələrin konsentrasiyasında xeyli artım müşahidə olunur. Buna vaxtında reaksiya vermək lazımdır.
Biz, həmçinin digər ölkələrin təcrübəsinə də baxdıq. Regionda elə bir ölkə qalmayıb ki, bütün avtomobil parkını “Avro 5” standartına keçirməsin və bəzi ölkələr, o cümlədən qonşularımız Ermənistan və Azərbaycanda da bu qaydaları artıq tətbiq ediblər. Avropa haqqında təbii ki, danışmıram. Avropada bu standart çoxdan təyin olunub. Bir daha təkrar edirəm, bu, təbii ki, artıq qeydiyyatda olan heç bir avtomobilə şamil edilməyəcək. Söhbət 2024-cü il yanvarın 1-dən alınacaq avtomobildən gedir. Praktikada bunlar 2013-cü ildə buraxılan avtomobillər və daha yeni avtomobillər olacaq”, - Ğaribaşvili bildirib.
Baş nazirin sözlərinə görə, eyni adlı Katalizatorlar məsələsi artıq biznesə çevirilib.
“Biz məsələni öyrəndik və bildirdik ki, katalizatorların ixracını dayandırmaq lazımdır. Ona görə də biz ayrıca fərman verəcəyik və ölkədən katalizatorların ixracı qadağan olunacaq, çünki avtomobillərin katalizatorlarının çıxarılaraq xaricə satılması acı bir reallıqdır.
Problemin əsas səbəbi budur. Ona görə də düşünürəm ki, biz bu standartı tətbiq etdikdən sonra, tezliklə nəticələr əldə edəcəyik və havanın keyfiyyəti yaxşılaşacaq. Paralel olaraq, Milli Ətraf Mühit Agentliyi avtomobillər də daxil olmaqla, keyfiyyətin sistemli şəkildə yoxlanmasına başlayacaq. Artıq cari ildən biz Tbilisi, Rustavi, Batumi və Kutaisidə yollarda görünən, həddindən artıq tullantıları olan avtomobillərə xüsusi avadanlıq vasitəsilə nəzarət etməyə başlayacağıq", - İrakli Ğaribaşvili bildirib.
Baş nazirin sözlərinə görə, yanacağın keyfiyyəti sistematik olaraq yoxlanılır və ölkəyə Avro 5 standartına uyğun yanacaq gətirilir.