Dövlət Təhlükəsizlik Xidməti 6 Gürcüstan vətəndaşını “İslami Dövlət” terror təşkilatına dəstək ittiham edərək həbs edib. DTX-nın Terrorla Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Baça Mqeladzenin sözlərinə görə, saxlanılan şəxslərin “İslami Dövlət”in nüfuzlu liderlərindən biri ilə əlaqələri olub və onun rəhbərliyi ilə bir neçə ölkədə müxtəlif növ terror fəaliyyətləri planlaşdırırmışlar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Antiterror əməliyyatı eyni vaxtda dörd obyektdə həyata keçirilib. Mqeladzenin sözlərinə görə, istintaq tədbirləri nəticəsində terror təşkilatının simvolları, elektron məlumat daşıyan qurğular, döyüş sursatı, partlayıcı maddələr və istintaq üçün vacib olan müxtəlif sübutlar aşkar edilib.
“Sözügedən araşdırmalar çərçivəsində antiterror mərkəzi tərəfindən əldə edilmiş sübutlar əsasında müxtəlif xarici dövlətlərin ərazisində həyata keçirilməsi planlaşdırılan bir sıra terror fəaliyyətləri müəyyən edilib və artan təhlükə nəzərə alınaraq operativ şəkildə tərəfdaş ölkələrə məlumat verilib. Eyni iş çərçivəsində məhkəmənin qərarı ilə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin müvəqqəti yerləşdirmə mərkəzinə yerləşdirilən bir xarici ölkə vətəndaşı barəsində cinayət təqibi başlanıb”, - deyə Mqeladze bildirib.
Antiterror Mərkəzi Cinayət Məcəlləsinin 328 və 236-cı maddələri ilə istintaq aparır ki, bu da, xarici terror təşkilatına qoşulma, onun terror fəaliyyətinə köməklik göstərmə, qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı maddələr əldə etmə və saxlamanı nəzərdə tutur.
Mayın əvvəlində Türkiyənin bir neçə KİV-i “İslami Dövlət”in Türkiyədə yeni struktur yaratdığını, onun Gürcüstan və Azərbaycanda da fəaliyyət göstərdiyini yazmışdı. “Anadolu” dövlət agentliyinin məlumatına görə, Türkiyədə təbliğat-təşviqat fəaliyyəti nəticəsində yaradılan “Cihad qrupu”nun üzvləri Gürcüstanda hərbi təlim keçib, daha sonra münaqişə bölgələrinə göndərilib, Suriya və Gürcüstanda işləyiblər. Türkiyə polisi və Milli Kəşfiyyat Təşkilatının 23 vilayətdə eyni vaxtda keçirdiyi antiterror əməliyyatı nəticəsində 74 şübhəli saxlanılıb. Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti terror təşkilatının tərəfdarlarının Gürcüstanda təlim keçməsini təkzib edib.