6 Gürcüstan vətəndaşı Tsxinvali təcridxanasından azadlığa buraxılıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Qori bələdiyyəsinin Mejvrisxevi kəndi yaxınlığında Rusiya işğalçı qüvvələri tərəfindən saxlanılan 6 Gürcüstan vətəndaşı azadlıqdadır. Onlar Tbilisinin nəzarətində olan ərazidədirlər. Qanunsuz saxlanılan şəxslərin azadlığa buraxılması ilə bağlı məlumatı həm Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti, həm də Cənubi Osetiyanın de-fakto hakimiyyəti yayıb.

Qondarma Cənubi Osetiya Dövlət Təhlükəsizlik Komitəsinin məlumatına görə, Qori bələdiyyəsinin Axrisi kəndinin sakinləri olan Paata Bebnadze, Beka Beqiaşvili, Mamuka Qeliaşvili, Tariel Kuchoşvili və Qoqa Uznadze “dövlət sərhədini” sərxoş halda, qəsdən keçiblər.

“Cənubi Osetiyanın sərhəd orqanlarının əməkdaşları qanunu pozanları iyulun 6-da, Tsxinvali rayonunun Qrom qəsəbəsi yaxınlığında həbs ediblər. Bazar ertəsi, iyulun 10-da Cənubi Osetiya Respublikasının “Dövlət Sərhədi haqqında” qanununa uyğun olaraq, onlar respublikadan qovulublar”, - de-fakto hökumətin bəyanatında deyilir.

Gürcüstan vətəndaşlarının növbəti qanunsuz həbsi barədə iyulun 7-də, Dövlət Təhlükəsizliyi Xidməti rəhbərinin birinci müavini leksi Batiaşvili parlamentdə bu barədə məlumat verdikdə A məlum olub.

“Bir təəsüfverici faktı nəzərinizə çattırmaq istəyirəm ki, bu gün səhər saatlarında daha 6 həmvətənlimiz işğalçılar tərəfindən qanunsuz olaraq həbs edilib. Qaynar xətt aktivləşdirilib, beynəlxalq tərəfdaşlarımız cəlb olunub. Onların həbsi öz təsdiqini tapıb və biz hadisələrin necə inkişaf edəcəyini gözləyirik. Biz bu insanların tezliklə ailələrinə qaytarılması üçün əlimizdən gələni edəcəyik”, - Batiaşvili deputatlara bildirib.

DTX-dan bildirildiyinə görə, mərkəzi hökumət beynəlxalq tərəfdaşlarla birlikdə işğal olunmuş ərazilərdə qanunsuz həbsdə olan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün fəal işini davam etdirir.

Hazırda Tsxinvali həbsxanasında və təcridxanasında 8 Gürcüstan vətəndaşı var, onların arasında iyulun 5-də, işğal olunmuş Disevi kəndi yaxınlığında həbs edilən 25 yaşlı Laşa Xetereli də   var.

Cənubi Osetiyanın de-fakto sərhəd xidmətinin məlumatına görə, 2023-cü ilin ilk altı ayı ərzində “dövlət sərhədi”nin müxtəlif bölmələrində 185 qanun pozucusu həbs edilib. Onlardan 121-i cərimələnib, 3-ü cərimə olunmadan “Respublika”dan xaric edilib, 46-na xəbərdarlıq edilib, 7-si barəsində cinayət işi başlanıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur