Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal olunmuş ərazidə Gürcüstan vətəndaşı Laşa Xeterelini qanunsuz olaraq həbs ediblər. Bu barədə məlumatı Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti yayıb. Qanunsuz həbs rayonun Disevi kəndi yaxınlığında baş verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Laşa Xetereli, artıq bir neçə dəfədir işğalçı qüvvələrin nümayəndələri tərəfindən həbs edilir. 25 yaşlı Xetereuli Liaxvi vadisindən qaçqın düşüb və onun qohumları işğal olunmuş ərazidədir. O, sonuncu dəfə 2021-ci il, dekabrın 24-də həbs edilib. 6 aprel 2022-ci ildə qondarma Tsxinvali Rayon Məhkəməsi onu “dövlət sərhədini qanunsuz keçmək”də təqsirli bilib və bir il 4 ay müddətinə azadlıqdan məhrum edib. Xetereli Tsxinvali həbsxanasından 2023-cü il fevralın 28-də, həbs müddətini bitirdikdən sonra azad edilib.
Laşa Xetereli 30 iyun 2020-ci ildə də qanunsuz olaraq həbs edilib, bundan sonra o, təxminən bir il Tsxinvali həbsxanasında yatıb və 16 iyun 2021-ci ildə azad edilib.
Həbs hadisələrindən biri 2014-cü ildə, Xeterelinin azyaşlı olduğu vaxt baş verib.
De-fakto Cənubi Osetiya Respublikasının hakimiyyəti Laşa Xeterelinin növbəti həbsi ilə bağlı hələlik məlumat yaymayıb. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti bildirir ki, Gürcüstan vətəndaşının tezliklə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.
“Məlumat daxil olduqdan sonra Aİ-nin monitorinq missiyası tərəfindən idarə olunan “qaynar xətt” işə salınıb. Beynəlxalq tərəfdaşlar və Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrləri hadisə ilə bağlı dərhal məlumatlandırılıblar. Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət işğalçı güc üzərinə düşür", - DTX-dan bildirilib.
Dünən, iyulun 4-də Qori bələdiyyəsinin Erqneti kəndində İnsidentlərin Qarşısının Alınması və Cavab Mübarizə Mexanizminin (İQACM) 113-cü iclası keçirilib. DTX-dan bildirildiyi kimi, mərkəzi hökumət nümayəndələri bir daha xüsusi ciddiliklə qanunsuz həbsdə olan bütün şəxslərin qeyd-şərtsiz və dərhal azad edilməsini tələb ediblər.