Parlamentdə “agentlər haqqında” rus qanunun müzakirəsi ilə paralel olaraq ABŞ, Aİ və Böyük Britaniya səfirləri hökumət administrasiyasında baş nazir İrakli Kobaxidze ilə görüşür.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bununla bağlı komitənin iclasında “Lelo”nun üzvü Salome Samadaşvili sual versə də, “Gürcü Arzusu”nun nümayəndələrindən cavab almayıb.
“Səfirlər Kobaxidzeyə demarş elan edirlər və onlar niyə xəbərdarlıq edirlər ki, bu qanunu qəbul etsəniz, Avropa İttifaqı ilə danışıqlar şansı bitəcək”, - Samadaşvili bildirib.
Dünən, aprelin 14-də İrakli Kobaxidze Gürcüstanın strateji tərəfdaş ölkələrinin hakimiyyəti rus qanunlarını təkrardan irəli sürdüyünə görə tənqid edən nümayəndələrini debata çağırıb. Gürcüstanın baş nazirinin dediyi kimi, xarici diplomatlar “qanunverici orqanın funksiyanı intensiv şəkildə mənimsəməyə, qanun yaradıcılığı prosesində fəal iştirak etməyə” və “gürcü xalqının seçdiyi parlamentə hansı qanunları qəbul edib, hansı qanunları qəbul etməməyi diktə etməyə çalışırlar”.
Ötən həftə Avropa İttifaqının səfiri Pavel Herçinski bildirib ki, “Gürcü Arzusu”nun şəffaflıq bəhanəsi ilə qəbul etmək istədiyi vətəndaş cəmiyyəti və müstəqil media ilə bağlı məhdudlaşdırıcı qanun yaxşı deyil, bu, nə Avropa, nə də Amerika qanunudur. Diplomat bildirib ki, söz azadlığı xüsusilə Aİ üzvlüyünə namizəd ölkə kimi Gürcüstan üçün olduqca vacibdir.
ABŞ səfiri Robin Daniqan izah edib ki, hakim partiyanın qanun layihəsi Amerika qanunvericiliyinə bənzəmir. ABŞ qanun layihəsinin Gürcüstanı Avropa yolundan yayındıracağından və yerli vətəndaş cəmiyyətlərinin “gürcü xalqına hər gün kömək etmək” imkanlarına mənfi təsir edəcəyindən narahatdır.
Britaniya səfirliyi də rus qanunu tənqid edib. Onların yaydığı bəyanatda deyilir ki, qanun nəhayət qəbul olunarsa, bu, Gürcüstanın dostları və strateji tərəfdaşları üçün Gürcüstanın demokratik və iqtisadi inkişafına dəstəyin davam etdirmək üçün təhlükə yaradacaq.