Tbilisi meri və “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze bildirir ki, Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlıq “bu formada” mümkün deyil.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Əlbəttə, münasibətlərə yenidən baxılmalıdır və biz hesab edirik ki, bu formada strateji tərəfdaşlıq sadəcə olaraq mümkün deyil. Biz dostluğa, strateji tərəfdaşlığın həqiqətən də dərinləşməsinə və sağlamlaşmasına, sadəcə virtual deyil, olması lazım olan kimi olmasına hazırıq. Bu qarşılıqlı olmalıdır.
Gürcüstan kiminsə vassalı və kiminsə öz maraqları üçün istifadə edəcəyi, ölkədəki əmin-amanlığı pozub, vəziyyət isə təəssüf ki, Ukraynada olduğu hala salacaq ölkə deyil.
Yox, dostlar, biz bu ölkəni qoruyuruq, sülhü qoruyuruq və sülhü qorumaq istəyirik. Eyni zamanda, biz sağlam münasibətləri dərinləşdirməyə hazırıq”, - Kaladze bildirib.
Tbilisi merinin sözlərinə görə, Gürcüstanda sülh və iqtisadi inkişaf olacaq ki, bu da ölkədə yaşayan hər bir insan üçün, siyasi fikrindən asılı olmayaraq vacibdir. “Bu ölkədən başqasının maraqları üçün istifadə olunmayacaq. Gürcüstanda, təəssüf ki, dostumuz Ukraynada baş verən proseslər, hadisələr olmayacaq. Bu ölkə və onun xalqı yararsız ət kimi istifadə edilməyəcək və edilə də bilməz. Qoy hamı yaxşı yadında saxlasın”, - deyə Kaxa Kaladze bildirib.
Birləşmiş Ştatlar ABŞ-Gürcüstan ikitərəfli münasibətlərinin hərtərəfli nəzərdən keçirilməsinə “Gürcü Arzusu”nun parlament çoxluğu “xarici agentlər” haqqında rus qanununu qəbul etdikdən sonra başlayıb. Dünən, iyunun 5-də Dövlət Departamentinin sözçüsü Metyu Miller izah edib ki, əməkdaşlığa yenidən baxılması ilə bağlı bəyanat sadəcə ritorika deyil və ciddi siyasi nəticələrdən bəhs edir. Rus qanununun tərəfdarlarına viza məhdudiyyətləri tətbiq etməklə yanaşı, ABŞ Gürcüstana 390 milyon dollarlıq yardımın ayrılmasına da yenidən baxa bilər.