ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin sözlərinə görə, ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsi ilə bağlı bəyanat sadəcə ritorika deyil.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Burada təkcə ritorika deyil, real ciddi siyasi nəticələr var. Söhbət Gürcüstana göstərdiyimiz yardımın məbləğindən gedir - son bir neçə ildə büdcədə 390 milyon dollara yaxın vəsait nəzərdə tutulmuşdu və indi buna yenidən baxılır.
Söhbət iki həftədən az bir müddət əvvəl siyasət kimi elan etdiyimiz potensial sanksiyalardan, viza məhdudiyyətlərindən gedir, hazırda bunu necə və nə vaxt həyata keçirəcəyimizi araşdırırıq. Bu məsələ ilə bağlı bizdən daha çoxunu eşidəcəksiniz”, - Miller iyunun 5-də keçirilən brifinqdə bildirib.
ABŞ iki həftə əvvəl Gürcüstanla münasibətlərinə yenidən baxılmasına “xarici agentlər” qanununun qəbuluna görə başladı. Dövlət katibi Entoni Blinken Gürcüstan üçün yeni viza məhdudiyyəti siyasətini müəyyən edib və ona əsasən Gürcüstanda demokratiyaya xələl gətirilməsində məsuliyyət daşıyan və ya iştirakçı olan hazırkı və ya keçmiş dövlət və ya qeyri-dövlət aktorlarına artıq ABŞ vizası almaq və Amerika Birləşmiş Ştatlarına səyahətə etmək imkanı verilməyəcək. Viza məhdudiyyətləri onların ailə üzvlərinə də şamil olunacaq. “Gürcü Arzusu” bu qərarı şantaj kimi qiymətləndirib və ABŞ-ı Gürcüstanın müstəqilliyini və suverenliyini məhdudlaşdırmaq üçün “kobud cəhddə” ittiham edib.
Avropa İttifaqı da rus qanununun qəbulu üçün cavab tədbirlərini nəzərdən keçirir. Üzv dövlətlər müxtəlif variantları, o cümlədən vizasız rejimin dayandırılması və maliyyə yardımına yenidən baxılmasını müzakirə edirlər. Səfir Pavel Herçinskinin dediyi kimi, Avropa İttifaqı hər il Gürcüstana dəstək üçün təxminən 100 milyon avro xərcləyir.