ABŞ Senatı Robin Daniqenin Gürcüstandaki səfir vəzifəsinə təyin olunmasını dəstəkləyib. O, 2020-ci ildən bu vəzifəni icra edən Kelli Deqnanı əvəz edəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Səfir təyin olunmazdan əvvəl Daniqen ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda dövlət katibinin köməkçisinin müavini vəzifəsini tutub.
Bundan əvvəl o, Avstriya səfirliyində müvəqqəti işlər müvəkkili və missiya rəhbərinin müavini olub.
Müxtəlif vaxtlarda o, Energetika Bürosunun katibinin köməkçisinin müavini vəzifəsində çalışıb və ABŞ-ın Vyetnam, Çili, Türkiyə, Kuba və El Salvadordakı səfirliklərində işləyib.
Robin Daniqen Kaliforniyadandır. “Milli Müharibə Kolleci”ndə elmlər magistri dərəcəsi alıb. Bundan əlavə, o, Corctaun Universitetində Elmlər üzrə Magistr dərəcəsinə və Berkli Kaliforniya Universitetində Elmlər üzrə Bakalavr dərəcəsinə malikdir. O, ingilis, ispan və alman dillərini bilir.
Fevralın 13-də ABŞ prezidenti Co Bayden ABŞ-ın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə Robin Daniqenin namizədliyini irəli sürüb.
Senatda dinləmələr zamanı Daniqen bildirib ki, o, dörd prioritet, o cümlədən Gürcüstanın Avropaya inteqrasiyası və Gürcüstan-ABŞ iqtisadi əlaqələrinin dərinləşməsinə diqqət yetirəcək.