Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, ABŞ Dövlət Departamentinin Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpasının sanksiya riski yaratdığı barədə bəyanatları suveren dövlətin daxili işlərinə müdaxilədir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Suveren dövlətin daxili işlərinə qarışmaqdan başqa kvalifikasiya ola bilməz. Bu, təkcə coğrafi baxımdan qonşu olan ölkələr arasında hava əlaqəsi deyil, bundan əlavə bizi tarixi kontekstdə birləşdirən bir çox şey var. ABŞ-ın burada nə işi var tam aydın deyil”, - Zaxarova bu gün, mayın 24-də keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, ABŞ-ın nə üçün iki suveren dövlətin müzakirə etdiklərini şərh etməyi mümkün hesab etməsinin “sağlam izahı” ola bilməz.
“Əgər Birləşmiş Ştatlar hər yerdə insan hüquqlarını siyasətdən üstün tutursa, o zaman, bəlkə bu xüsusi humanitar vəziyyətdə də insan hüquqları nəzərindən baxmalıdır. Uzun müddətli qohumluq, humanitar əlaqələr də daxil olmaqla, bu qədər sıx əlaqələri olan iki ölkənin sərhədini birbaşa uçuşlar olmadan keçməkdən çətin bir şey yoxdur.
Bu xalqdan gəlmirdi?! Uzun illər bizə məktublar, xahişlər göndərdilər. Əgər xalqın bu birbaşa uçuşları həyata keçirmək istəyi olmasaydı, heç bir piar kampaniyası, heç bir aksiya bu qədər illər boyunca bu mövzunun səthində qala bilməzdi.
Daha bir məqam: Rusiya ilə digər yaxınlıqdakı ölkələr arasında birbaşa hava əlaqəsinin niyə ABŞ-da sual doğurmadığı, amma Gürcüstanda doğurduğu aydın deyil. Tamamilə anlaşılmazdır. Ermənistana birbaşa uçuşlarımız var və ABŞ təşviş içində deyilki? Azərbaycanla da heç bir problem olmayıb. Niyə Gürcüstanla ola bilməz? Nədir, bu Gürcüstana qarşı ayrı-seçkilikdir?!
Biz Vaşinqtonun bu cür mentorluq bəyanatlarını suveren dövlətlərin daxili işlərinə və üçüncü ölkələrlə münasibətlərinə müdaxilə və açıq təzyiq kimi qiymətləndiririk”, - Mariya Zaxarova bildirib.
Dövlət Departamentinin bəyanatına, bu gün Qətər İqtisadi Forumunda çıxışı zamanı Gürcüstanın baş naziri İrakli Ğaribaşvili də münasibət bildirib. Onun sözlərinə görə, “Gürcüstanın öz milli maraqlarına sahib olmaq üçün suveren hüquqları var”.
“Rusiya ilə iqtisadi və ticarəi əlaqələrimiz var, Rusiyada diaspor olaraq yaşayan bir milyon gürcü, etnik gürcü var və Rusiya ilə birbaşa uçuşlar, məncə, adi haldır. Bu o demək deyil ki, biz Rusiya ilə hər hansı siyasi məsləhətləşmələr aparırıq”, – Ğaribaşvili bildirib.
Mayın 10-da, Rusiya prezidenti Vladimir Putin 2019-cu il iyunun 21-də Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların qadağan edilməsi ilə bağlı qərarını ləğv edib. Putinin fərmanına əsasən, Gürcüstan vətəndaşları üçün 2000-ci ildən qüvvədə olan viza rejimi də ləğv edilib.
Gürcüstan hökuməti bu qərarları müsbət qiymətləndirib və artıq Rusiyanın iki aviaşirkətinə Tbilisi-Moskva-Tbilisi, Soçi-Tbilisi-Soçi və Moskva-Kutaisi-Moskva marşrutları üzrə uçuşlar etmək hüququ verib. Gürcüstanın “Georgian Airways” şirkəti də Moskva istiqamətində uçuşlara başlayıb.
ABŞ hökuməti hesab edir ki, bu gün bütövlükdə Qərb cəmiyyətinin Rusiya rejimindən uzaqlaşdığı bir vaxtda heç bir ölkə üçün onunla əlaqəni artırmaq vaxtı deyil. Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, Gürcüstanın hava limanlarında olan şirkətlər idxal və ixrac nəzarəti altında olan təyyarələrə xidmət etsələr, sanksiyalara məruz qala bilərlər.