“Bir çox Qərb ölkələri, o cümlədən ABŞ öz hava məkanında Rusiya təyyarələrinə qadağa qoyur. Əgər Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşlar bərpa olunarsa, biz təbii ki, narahat olacağıq ki, Gürcüstan hava limanlarında şirkətlər idxal və ixrac nəzarətinə məruz qalan hava gəmilərinə xidmət etsələr, sanksiyalar riski ilə üzləşə bilər”, - ABŞ Dövlət Departamenti Rusiya və Gürcüstan arasında birbaşa hava nəqliyyatının bərpasına bu cür rəy bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel qeyd edib ki, indi bütöv Qərb cəmiyyəti Rusiya rejimindən uzaqlaşdığına görə heç bir ölkənin onunla əlaqəsini artırmağa vaxtı yoxdur.
“Gürcüstan xalqı, yəqin ki, birbaşa uçuşların bərpasını və ya viza rejiminin dəyişdirilməsini görməkdənsə, prezident Putinin Rusiya qoşunlarının Rusiya tərəfindən işğal olunmuş Gürcüstan ərazisinin 20%-dən çıxarılmasına üstünlük verərdi”, - Patel bildirib.
Medianın “Bu, Dövlət Departamentinin Gürcüstanı Rusiyaya qarşı sanksiyalara qoşulmağa çağırması deməkdirmi” sualına Vedant Patel belə cavab verib: “Bir daha - Gürcüstanla Rusiya arasında uçuşların bərpası Gürcüstan hava limanı şirkətləri üçün narahat edici olacacq”.
Mayın 10-da Rusiya prezidenti Vladimir Putin 2019-cu il iyunun 21-də Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların qadağan edilməsi ilə bağlı məhz onun tərəfindən qəbul olunan qərarı ləğv edib. Bundan əlavə, Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq edilib.
Gürcüstan hökuməti Putinin qərarını təqdir edir, çünki onun ilk növbədə Gürcüstan vətəndaşlarının xeyrinə olacağını hesab edir. “Humanitar nöqteyi-nəzərdən bu, çox müsbət, təqdirəlayiq qərar idi və belədir. Vətəndaşlarımızın həyatını, gediş-gəlişini və biznesini asanlaşdıracaq hər şey və hər bir qərar, şübhəsiz ki, müsbətdir və təqdirəlyiqdir”, - Gürcüstanın baş naziri bildirib. Bundan əlavə, İrakli Ğaribaşvili qeyd edib ki, Rusiya ilə Gürcüstan arasında uçuşlar yalnız sanksiyaya məruz qalmayan aviaşirkətlər və təyyarələr tərəfindən yerinə yetiriləcək.
Gürcüstan prezidenti Salome Zurabişvili Putinin qərarını növbəti təxribat adlandırıb və bildirib ki, Rusiya bütün dünyada təcavüzkar və Gürcüstan ərazilərinin işğalçısı olduğu müddətcə, belə bir qərar zamansız və qəbuledilməzdir. Zurabişvili hökuməti Rusiya vətəndaşları üçün üç aylıq viza rejimi yaratmağa çağırıb.
Bu mövzu haqqında:
Aİ Gürcüstanı aviasiya sahəsində Rusiyaya qarşı sanksiyalara qoşulmağa çağırır