ABŞ və Çinlə strateji tərəfdaşlığın dərinləşdirilməsi çox vacibdir - Kobaxidze

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

İrakli Kobaxidze və Çou Tsien

Gürcüstanın baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, son illər Amerika Birləşmiş Ştatlarının marağı zəifləyib, Çin isə Gürcüstanla strateji tərəfdaşlığı mümkün qədər dərinləşdirmək istəyir.

Bugünkü mətbuat konfransında jurnalist İrakli Kobaxidzedən soruşub ki, baş nazir postunu tutduqdan sonra Çinin səfiri, daha sonra ABŞ səfiri ilə görüşməsi hökumətin prioritetlərini yenidən təşkil etməsi deməkdir ya yox?

“Bizim baxışlarımız aydındır. Bizim həm ABŞ, həm də Çinlə strateji tərəfdaşlığımız var. Hər ikisi bizim strateji tərəfdaşlarımızdır. Hər ikisi həm siyasi, həm də iqtisadi baxımdan super güclərdir. Buna uyğun olaraq, bu strateji tərəfdaşlığın hər iki istiqamətdə dərinləşməsi təbii ki, bizim üçün çox vacibdir”, - deyə baş nazir bildirib.

Kobaxidzenin sözlərinə görə, münasibətlər qarşılıqlı əlaqədir və prioritetlər qarşılıqlı şəkildə müəyyən edilir.

“Çinin mövqeyinə gəlincə, biz münasibətlərin dərinləşməsində böyük maraq görürük ki, bu da konkret addımlarla ifadə olunur. Məsələn, bizim çox fəal iqtisadi-ticari əlaqələrimiz var, Çin şirkətləri iqtisadi layihələrdə çox fəal iştirak edirlər ki, bu da müvafiq layihələrin düzgün həyata keçirilməsi üçün çox vacibdir. Həmçinin, Çinlə azad ticarət sazişi imzaladıq ki, bu da bu iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verdi. Çinlə birbaşa uçuşlarımız var “Covid”dən sonra Çin tərəfinin qərarı ilə bu uçuşlar çox tez bərpa edildi.

Baş nazir İrakli Ğaribaşvili Çinə gedəndə onu ən yüksək səviyyədə qarşıladılar. Çinin ölkəmizə münasibəti və bu strateji tərəfdaşlığı mümkün qədər inkişaf etdirmək və dərinləşdirmək istəyi hər tərəfdən görünür.

ABŞ-a gəlincə, bu illər ərzində burada müəyyən zəiflik, strateji tərəfdaşlığa marağın azalmasının təzahürü oldu ki, bu da bizim üçün təəsüfləndirici bir hadisə idi. Bu da konkret təfərrüatlarda ifadə olunub. Məsələn, uzun illərdir ki, ölkələr arasında yüksək səviyyəli səfərlər həyata keçirilmir, təxminən 6-7 il olacaq. Bu, protokol məsələlərində ifadə olunub. Təxminən desək, yəqin ki, səkkizinci ildir ki, ən yüksək səviyyədə heç bir prezident və ya baş nazir Amerika Birləşmiş Ştatlarından təbrik almayıb. Bu təbriklərin göndərildiyi nisbətən orta səviyyə var. İqtisadi-ticari əlaqələr baxımından hələ də yaxşı vəziyyətimiz yoxdur. Bizdə birbaşa uçuşlar yoxdur. Bizdə vizasız gediş-gəliş yoxdur. Təbii ki, bütün bunları təkmilləşdirmək lazımdır. Bu gün Amerika Birləşmiş Ştatlarının səfiri ilə görüşüm oldu. Bütün bunlarla bağlı onunla səmimi söhbət etdim. O, aramızda olan strateji tərəfdaşlığın daha da intensiv olmasının daha yaxşı olmasını arzuladığını bildirdi”, - Kobaxidze bildirib.

Robin Daniqan və İrakli Kobaxidze

Fevralın 8-də baş nazir vəzifəsinin icrasına başlayan İrakli Kobaxidze fevralın 22-də Çin Xalq Respublikasının Gürcüstandakı səfiri Çou Tsien, ertəsi gün isə ABŞ səfiri Robin Daniqan ilə görüşüb.

Ötən il Gürcüstan və Çin arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. 2024-cü ilin əvvəlində İrakli Kobaxidze Pekində olub və orada Çin Kommunist Partiyasının nümayəndələri ilə görüşüb və münasibətlərdə siyasi aspektin dərinləşdirilməsinin vacib olduğunu bildirib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur