“Avropa sülhdür. Bəzi “cəbhələr” barədə hər nə danışılsa belə, ki, bu da özlüyündə tamamilə anlaşılmazdır, bu, əsl dinc gələcəkdir. Bizim dinc və azad gələcəyimiz onlarla birlikdədir, lakin kimliyimizlə, dəyərlərimizlə və ən əsası inkişafımızladır”, - Gürcüstan Prezidenti Salome Zurabişvili mayın 9-da Avropa Gününə həsr olunmuş tədbirdə deyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Prezidentin sözlərinə görə, Gürcüstan Avropa gələcəyi şansını əldən verməməlidir.
“Bu şansı əldən verməmək üçün hamını hər cür məcbur etməliyik. Ümid edirəm ki, biz Avropanı bura gətirək, Avropaya getdiyimiz hər şeyi buradan əldə edək. Başqa yerdə axtardığımız həyat, iş və firavanlıq standartı burada olsun.
Bizim Avropa ilə bir çox ortaq cəhətlərimiz var, amma ölkəmiz heç də geridə qalmır və gəlin avropalıları bura gətirək. Burada bizim bir hissəsi olduğumuz və bu gün və ya sabah Avropa ilə Gürcüstanı birləşdirəcək Qara dənizin təsviri (xəritəsi) var ki, məhz bu Qara Dəniz bütöv Sovet dövründə bizi uzaqlaşdırırdı və bu gün artıq, təkcə Gürcüstana deyil, həmçinin Avropaya da bir çox faydalar gətirə bilmə imkanına sahib olan körpüdür. Onlar bizim strateji yerimizi, gələcək rolumuzu çox gözəl başa düşürlər. Əgər biz lazım olan yerdə ola bilsək, bu, Avropanın özü üçün çox vacib olacaq”, - Zurabişvili bildirib.
Prezident nasizm üzərində Qələbənin 78-ci ildönümü haqqında da rəy bildirib və deyib ki, son totalitarizm məğlub olana qədər, bütün işğal olunmuş torpaqlar azad edilməyincə, yekun qələbə olmayacaq: “Bu qələbə yolunda biz işğal olunmuş ərazilərimiz üçün, abxaz və osetin əhalimiz üçün, Avropaya, sülhə, azadlığa gedən yoluq”.
Avropa Günü münasibətilə Gürcüstan vətəndaşlarına Avropa Şurasının prezidenti Şarl Mişel də müraciət edib. Onun dediyi kimi, gürcülər Avropa dəyərləri, azadlıq üçün aydın seçim ediblər və buna görə də onların gələcəyi ümumi Avropa ailəsindədir.
2022-ci il iyunun 23-də Avropa İttifaqının 27 üzv dövlətinin qərarı ilə Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd ölkə statusu, Gürcüstana isə Avropa perspektivi verilib. Avropa Komissiyası Gürcüstana həyata keçirilməsi üçün 12 tövsiyə müəyyən edib ki, bunlar arasında deoliqarxizasiya, siyasi qütbləşmənin həlli, məhkəmə islahatları, antikorrupsiya xidmətinin gücləndirilməsi və media mühitinin yaxşılaşdırılması da yer alır. Avropa Komissiyası bu ilin payızında Gürcüstanın tövsiyələri yerinə yetirməsi ilə bağlı öz qiymətləndirməsini hazırlayacaq və tövsiyəni statusla bağlı yekun qərarı verən orqan olan Avropa Şurasına ünvanlayacaq. Qeyri-hökumət təşkilatlarının son hesabatına görə, Avropa Komissiyasının 12 tövsiyəsindən yalnız biri tam yerinə yetirilib.