İşğal olunmuş Abxaziya respublikasının de-fakto parlamenti Oçamçire, Tkvarçeli və Qalidə 1.500.000 kv.m. ərazidə mənzillərin tikilib əcnəbilərə satılmasını nəzərdə tutan qanun layihəsini geri götürüb. Əhali qanuna qarşı etiraz aksiyaları keçirirdi.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qanun layihəsini onun təşəbbüskarı deputatlar Beslan Emurxba, Almas Akaba, German Katçarava və Rezo Zantaria geri götürüb. De-fakto parlamentin bəyanatında bildirilir ki, bu qərar “ölkədə” gərginliyi aradan qaldırmaq və sabitliyi qorumaq məqsədilə qəbul edilib.
“Uzun sürən məsləhətləşmələr və fəal parlament dialoqu nəticəsində ictimai rəyin, ilk növbədə Ağsaqqallar Şurası, Abxaziya xalqının Vətən Müharibəsi qəhrəmanları, elmi ictimaiyyət, ziyalılar və maraqlı olan digər vətəndaşların rəyi nəzərə alınmaqla, gərginliyin aradan qaldırılması və sabitliyin qorunması məqsədilə qanun layihəsinin təşəbbüskarları irəli sürülmüş qanun layihəsinin müzakirədən götürülməsi və qanunvericilik prosesinin dayandırılması barədə qərar qəbul ediblər.
Deputatlar fəal vətəndaş mövqeyinə görə abxaziya xalqına təşəkkür edir və onlara ölkəmizdə harmoniya və sabitliyin qorunmasının vacibliyini xatırladırlar”, - bəyanatda deyilir.
İyulun 17-də etiraz aksiyası fonunda qondarma parlamentin İqtisadi Siyasət və İslahatlar Komitəsi “Oçamçire, Tkvaçeli və Qali rayonlarının sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsi tədbirləri haqqında” qanun layihəsinin parlamentin iclasına çıxarılmasını dəstəkləyib. Komitənin iclasında qanunun qəbulunun fəal tərəfdarı olan qondarma prezident Aslan Bjania da iştirak edib. O, iş yerlərinin yaradılması və iqtisadiyyatın inkişafının zəruriliyindən danışıb.
Qanunun qəbulu qondarma Təhlükəsizlik Şurasının katibi Sergey Şamba da dəstəkləyirdi. “Bu layihə üçün seçilmiş Oçamçire və Qali kimi bölgələr çox cəlbedicidir. Mən bu yerləri yaxşı tanıyıram: Qalidzqa və Okum çaylarından kənarda Qaqra və Biçvintada olmayan unikal qumlu çimərliklər var. Sadəcə, onları investorlara göstərməliyik. Bu layihəyə müdaxilə etməyə çalışmaq və Rusiya ilə münasibətləri korlamaq tariximiz və strateji müttəfiqimizlə münasibətlərimiz üçün dönüşü olmayan nəticələrə gətirib çıxaracaq”, - Şamba bildirib.
Qanunun əleyhdarları deyirlər ki, mənzillərin tikintisi Abxaziyaya iqtisadi baxımdan “tamamilə heç nə” verməyəcək və qanunun qəbulunda əsl məqsəd torpaqların özgəninkiləşdirilməsidir.