Acara hökumətinin yüksək vəzifəli məmurunun oğlu narkotik cinayəti ittihamı ilə saxlanılıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Acaranın Təhsil, Mədəniyyət və İdman Nazirliyinin Mədəniyyət İdarəsinin rəhbəri Tamar Qudavanın 20 yaşlı oğlu külli miqdarda narkotik vasitəsi dövriyyəsinə cəhddə ittiham olunaraq saxlanılıb. Artıq məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Yüksək vəzifəli məmurun oğlunun həbsi ilə bağlı məlumatı əvvəlcə “Mtavari Arxi” teleşirkəti yayıb, bundan sonra Tamar Qudava da şəxsi “Facebook” səhifəsində açıqlama dərc edib.

“Mən də vəziyyəti indi öyrənirəm. Bilmənizi istəyirəm ki, böyük oğlumun hər hansı bir təqsiri ilə bağlı məlumatlar təsdiqini taparsa, o, mütləq qanun qarşısında cavab verəcək”, - deyə Tamar Qudava yazır və o, “hər cür qeyri-münasibliyin qarşısını almaq üçün” vəzifəsindən istefa verdiyini qeyd edir.

Qərbi Gürcüstanın rayon prokurorunun müavini Emzar Qaqnidzenin sözlərinə görə, martın 1-də iki nəfər Samtredia bələdiyyəsinin kəndlərindən birinə polietilen torbalara bükülmüş külli miqdarda narkotik vasitəsi, metadon gətirib və onu rayon ərazisinə aparıb, çay sahilindəki “yerlərə” yerləşdiriblər.

“Onlar narkotik alan şəxslərə göndərmək üçün telefonun kamerası ilə yer koordinatlarını dəqiqləşdirərək hər yerin fotosunu çəkiblər. İstintaqın əldə etdiyi məlumata görə, bundan sonra hər iki şəxs narkotik vasitə qəbul edib, onlardan birinin həddindən artıq dozadan öldüyü ehtimal edilir. Martın 3-də Daxili İşlər Nazirliyinin əməkdaşları müttəhimlər tərəfindən qablaşdırılaraq 24 parçaya yığılmış xüsusilə külli miqdarda 3,35 qram narkotik vasitəni aşkarlayaraq həmin “yerlərdən” götürülüb” - Emzar Qaqnidze bildirib.

İşin prokuroru izah edir ki, mərhumun ölüm səbəbini müəyyən etmək üçün tibbi ekspertiza aparılacaq.

“Mtavari Arxi”nin məlumatına görə, Tercolo bələdiyyəsinin kəndlərindən birində yaşayan gənc ölüb. Gecə evə gedib, yatıb, səhər isə ailə üzvləri onu ölü tapıblar.

İşin istintaqı qrup halında külli miqdarda narkotik vasitəni saxlamağa cəhd etmə faktı üzrə aparılır. Təqsiri sübuta yetirilərsə, məhbusu 14 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur