Adigenidə Merab Mikeladzenin evində müsəlmanların ibadət etməsinə qarşı növbəti aksiya keçirilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Adigeni qəsəbəsində Merab (Yusuf) Mikeladzenin evi yaxınlığında növbəti aksiya keçirilib və aksiya iştirakçıları evdə müsəlman ibadətgahının fəaliyyət göstərməsinə etiraz ediblər. Hadisə yerinə polis səfərbər olunub. Daxili İşlər Nazirliyinin əməkdaşları Zarzmi tərəfdən Adigeninin girişində aksiyaya gedən müsəlmanların yolunu kəsiblər.

Yerli əhali və pravoslav din xadimləri ənənəvi cümə namazından əvvəl Mikeladzenin evinin həyətinə toplaşıblar. Zarzmi monastırının keşişi Nikoloz Qetsadzenin dediyi kimi, onların məqsədi müsəlmanların qəsəbədə müsəlman ibadətgahının olmasının qəbul olunmayacağını və hökumətin təklifi ilə razılaşmalı olduqlarını anlamalarıdır.

“Onlara alternativ məkan təklif olunub ki, orada dini onların tələblərini qarşılamaq imkanları olacaq, halbuki buna ehtiyac da yoxdur, çünki bələdiyyənin ərazisində çoxlu məscid var. Bir neçə adam var, ənənəvi islamın nümayəndəsi deyillər, prinsipcə, kimdənsə göstəriş alıblar və istəsəniz də, istəməsəniz də, bu, belə də olacaq deyirlər. Burada heç kim bunu qəbul etməyəcək, mümkün deyil. Biz fikrimizi dəyişməmişdən əvvəl onlar hökumətin təklifi ilə razılaşsınlar”, - Nikoloz Qetsadze bildirib.

Din xadimi hökümətə də müraciət edərək deyir ki, qanunvericilikdəki “boşluğ”u düzəltmək lazımdır: “Yaşayış evi nədir, dini tikili nədir bir-birindən mümkün qədər ayrılmalıdır”.

Aksiyanın digər iştirakçıları Merab Mikeladzenin evi bələdiyyəyə təhvil verilməyənə qədər dayanmayacaqlarını qeyd ediblər. Bu gün keçirilən aksiyada Mikeladzenin ünvanına təhdidlər və təhqiramiz ifadələr səslənib.

Dini Məslələr üzrə Dövlət Agentliyi Merab Mikeladzeyə iki variant təklif edir - Adigenidəki evindən imtina etmək, 800 metr aralıda yerləşən İcareti kəndində alternativ yer ayırmaq və ya bələdiyyə tərəfindən onun evini satın almaq.

Agentliyin sədri Zaza Vaşakmadzenin sözlərinə görə, onlar Mikeladzedən təklifdən “arqumentsiz” rədd cavabı alıblar və o, bunu siyasi motivlərlə əlaqələndirir. Vaşakmadzenin sözlərinə görə, Gürcüstan parlamentinin üzvü, Gürcüstan Müsəlmanları İttifaqının keçmiş sədri Tariel Nakaidze “prosesdə iştirak edir”.

“Biz çox böyük bir addım atdıq ki, İcaretiyə keçək, orada namaz qılacağdıq, uşaqlara da dərs deyəcəkdik və eyni zamanda camaatın yaşayacağı yer özəl olaraq qalacaqdı. Gəlib bizə dedilər ki, əmlak ya İcaretidəki ilə əvəz olunsun, ya da satın alaq. Bu mümkün deyil, biz onların heç birini etmək niyyətində deyilik”, - Mikeladze deyir.

Martın 8-də Merab Mikeladzenin evinə 200-ə yaxın şəxs toplaşdığı zaman da cümə namazıın qılınmasına imkan verilməyib. Onlar Mikeladze və daha iki nəfərin binanı tərk etməsini tələb ediblər. Zarzmi monastırının keşişi polis bəndlərinin olmasına baxmayaraq, şəxsi mülkə təcavüz etməyə çalışıb və Merab Mikeladzeni zorakılıqla hədələyib. Mikeladze Xüsusi İstintaq Xidmətinə müraciət edərək dini dözümsüzlük zəminində təqib faktı ilə bağlı araşdırmaya başlamağı xahiş edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur