Martın 8-də pravoslav din xadimləri və yerli sakinlər tərəfindən evində cümə namazı qılınmasına icazə verilməyən Adigeni sakini Merab (Yusuf) Mikeladze istintaqa başlamaq üçün Xüsusi İstintaq Xidmətinə müraciət edib. Onun maraqlarını qeyri-hökumət təşkilatı “Sosial Ədalət Mərkəzi” təmsil edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Sosial Ədalət Mərkəzi Xüsusi İstintaq Xidmətini Adigenidə müsəlman gürcülərə qarşı davam edən təqiblərlə bağlı dərhal istintaqa başlamağa və işə təsirli reaksiya verilməsi üçün bütün zəruri istintaq hərəkətlərini həyata keçirməyə, o cümlədən təqibdə iştirak edən din xadimlərinin vaxtında dindirilməsinə çağırır.
“Təhdidlərin və təqiblərin davamlılığı, həmçinin dini dözümsüzlüyün aşkar motivi onu göstərir ki, Nikoloz Qetsadze də daxil olmaqla yerli pravoslav icması və ruhaniləri tərəfindən dini dözümsüzlük zəminində mümkün təqib halı qeydə alınıb və bu, Gürcüstanın Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə cəzalandırılır. Qeyd olunan cinayətin istintaqı isə Xüsusi İstintaq Xidmətinin mandatına daxildir”, - qeyri-hökumət təşkilatı bildirir.
Martın 8-də cümə günü ənənəvi cümə namazı zamanı pravoslav din xadimləri və icmanın bir hissəsi, təxminən 200 nəfər Adigeni qəsəbəsində İmam Merab (Yusuf) Mikeladzeyə məxsus binanın yaxınlığında toplaşaraq oradakı müsəlmanlardan evi tərk etmələrini tələb ediblər. Həmin vaxt binada namaz qılan cəmi üç nəfər olub. Yayılan videomaterialda Zarzmi monastırının din xadimi Nikoloz Qetsadzenin polis kordonuna məhəl qoymayaraq İmam Merab (Yusuf) Mikeladzenin evinə soxulmağa cəhd etdiyi və onu zorakılıqla hədələdiyi görünür.
“Sosial Ədalət Mərkəzi” vurğulayır ki, oxşar hadisə ötən cümə günü, martın 1-də Nikoloz Qetsadze də daxil olmaqla, pravoslav din xadimləri müsəlmanlardan binanı tərk etməyi tələb edərkən də baş verib. Müsəlman icmasına qarşı oxşar təzyiq epizodu 2023-cü ilin iyulunda baş verib.
“Həmin vaxt yerli pravoslav din xadimləri Merab (Yusuf) Mikeladzenin binasının yaxınlığına gələrək müsəlman liderləri hədələyərək dini fəaliyyətlərini dayandırmaqlarını tələb ediblər. Hadisə yerində şifahi mübahisə baş verib və polis tərəfindən qarşısı alınıb. Hadisədən sonra yerli və mərkəzi hökumətin iştirakı ilə pravoslav və müsəlman din xadimləri arasında danışıqlar aparılıb, bundan sonra münaqişə və qarşıdurmanın qarşısını almaq üçün güzəştə getməli olublar. Xüsusilə, uzaqlıqdaki İcareti kəndində yerli özünüidarəetmə dini fəaliyyətlər üçün yeni yer almayana qədər, Adigeni qəsəbəsində İmam Merab (Yusuf) Mikeladzeyə məxsus binada müvəqqəti olaraq namaz qılmağa davam edəcəkləri barədə razılığa gəliblər. Lakin indiyədək özünüidarə müsəlmanlar üçün alternativ bina təqdim etməyib”, - “Sosial Ədalət Mərkəzi”nin yaydığı bəyanatda deyilir.
Təşkilat qeyd edir ki, əvvəlki illərdə Adigenidə müsəlman gürcü icmasının hüquqlarının pozulması dövlət tərəfindən müvafiq hüquqi reaksiya doğurmayıbki, bu da cəzasızlıq mühiti və zorakılığın təkrarlanması üçün real şərait yaradır.