Amerika Birləşmiş Ştatlarının prezident administrasiyası Gürcüstan parlamenti tərəfindən “xarici agentlər” haqqında rus qanunun qəbulundan məyusdur. Ağ Evin mətbuat katibi Karin Jan-Pierin brifinqdə dediyi kimi, bu qanun fərqli fikirləri boğmaq üçün bir vasitədir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Biz Gürcüstan parlamentinin antidemokratik “xarici agentlər” haqqında qanun layihəsinə Gürcüstan prezidentinin qoyduğu vetodan imtinasından məyusuq, lakin, səsvermə gözlənilməz deyildi.
Keçən həftə on minlərlə gürcünün Gürcüstan tarixindəki ən böyük etiraz aksiyalarından biri olan bu qanun layihəsinə etiraz etdiyini gördük. Biz bilirik ki, bir çox gürcü öz etirazını açıq şəkildə ifadə edib.
Bu qanunvericilik vətəndaş cəmiyyəti təşkilatlarından sadəcə olaraq maliyyələrinin 20%-ni xaricdən aldıqları üçün xarici hökumətin agenti kimi qeydiyyatdan keçmələrini tələb edir. Vətəndaş cəmiyyəti təşkilatları demokratiyanın qorunub saxlanmasında mühüm rol oynayır və bu yükü yaratmaq onların bu imkanlarını zəiflədir.
Vətəndaş cəmiyyətini boğmaq avtoritar hökumətlərin gördüyü işdir və bu, fərqli fikirləri boğmaq üçün bir vasitədir. Demokratiyalar bunu etmir. Ona görə də baş verənləri görməkdən məyusuq”, - Ağ Evin mətbuat katibi bildirib.
Rus qanununun qəbuluna ABŞ Dövlət Departamenti də münasibət bildirib. Mətbuat sözçüsü Metyu Millerin dediyi kimi, “Gürcü Arzusu” öz antidemokratik qanunu ilə ölkəni Avropaya inteqrasiya yolundan daha da uzaqlaşdırıb. Dövlət Departamenti həmçinin qeyd edib ki, Gürcüstanın hakim partiyasının hərəkətləri və anti-Qərb ritorikası ölkənin demokratik trayektoriyasını, gələcək iqtisadi təhlükəsizliyini, Aİ üzvlüyünü və ABŞ-Gürcüstan münasibətlərini təhdid edir.
Mayın 28-də Gürcüstan parlamenti prezidentin rus qanununa qoyduğu vetonu aşdı və nəhayət, 84 səslə onu təsdiqlədi. Prosedura görə, qanun 3 gün ərzində imzalanmaq üçün prezidentə göndəriləcək. Qanunu imzalamaq və dərc etmək üçün Salome Zurabişvilinin 5 gün vaxtı olacaq. Prezident qanunu müəyyən edilmiş müddətdə dərc etməsə, onu 5 gün sonunda parlament sədri Şalva Papuaşvili imzalayacaq və dərc edəcək.