“Agentlər” qanun layihələrinin geri götürülməsindən sonra məsələ qütbləşməni aradan qaldırmaq, etibarı bərpa etməkdir - Berbok

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Demokratiyanın həyata keçirilməsinin tərkib hissəsi dinləməkdir. Bu, hətta cəmiyyətdə fikirlər bir-birindən radikal şəkildə fərqlənsə belə bu cür olmalıdır. Ona görə də “agentlər” qanun layihələri geri götürdükdən sonra siyasətin indiki vəzifəsi qütbləşməni aradan qaldırmaq, etimadı bərpa etmək və islahatları tam inamla həyata keçirməkdir”, - Almaniyanın xarici işlər naziri Analena Berbok Gürcüstana rəsmi səfəri çərçivəsində keçirdiyi ilk mətbuat konfransında bildirib.

Analena Berbok Gürcüstanın Avropa İttifaqına üzv olması perspektivindən danışıb: “Mən həqiqətən də böyük təəsüratlar altında idim, gürcü kişi və qadınları Tbilisinin küçələrində Avropa İttifaqının bayraqlarını dalğalandırırdılar və bu, vətəndaş cəmiyyətinin inkişafına töhfə verirdi. Vətəndaş cəmiyyəti Avropa dəyərlərinin inam və stimuludur.

Gürcüstan Avropa İttifaqıdır. Bizi buna təkcə ötən həftələr deyil, ötən illər də əmin etdi. Gürcüstan əhalisinin yeri Avropa İttifaqındadır. Məhz buna görə, mən Gürcüstana çox konkret mesajla gəldim. Gürcüstanı Avropa İttifaqında görmək istədiyimizi vurğulamaq bizim üçün çox vacibdir. Biz gürcülərin Avropa İttifaqını zənginləşdirməsini istəyirik, bu yolda sizə dəstək olacağıq. Brüsseldə və Berlində Aİ-yə üzvlük yolunda sizi bərabər və səmimi şəkildə dəstəkləyəcək ümid bəsləyə biləcəyiniz dostlarınız var”.

Almaniyanın xarici işlər nazirinin sözlərinə görə, Gürcüstan Avropa Komissiyasının müəyyən etdiyi 12 prioritetin yerinə yetirilməsi istiqamətində xeyli irəliləyiş əldə edib.

“Gürcüstanın Avropa İttifaqına daxil olması üçün bu ölkədə islahatlar aparmaq mütləqdir. Yalnız Gürcüstan hökuməti vətəndaş cəmiyyəti olmadan Avropa İttifaqına üzv ola bilməz və əksinə, hökumətsiz vətəndaş cəmiyyəti də Avropa İttifaqına üzv ola bilməz. Bu yalnız birgə mümkündür və ona görə də biz bu işə, onun möhkəmlənməsinə töhfə vermək istəyirik. Bu, Avropa İttifaqının hərəkətverici qüvvəsidir. Avropa İttifaqı müxtəlif üzvlərlə xarakterizə olunur - bu, zəiflik deyil, güclülükdür. Avropa Birliyinin qeyri-rəsmi şüarı müxtəliflikdə birlikdir. Gələcəkdə biz bunu Gürcüstanla birlikdə həyata keçirmək istəyirik. Ona görə də daha çox vaxt itirməmək lazımdır. Bu, tarixin bir anıdır ki, biz geri çəkilməməliyik”, - Berbok bildirib.

Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili dəstək mesajlarına görə Analena Berboka təşəkkür edib.

“Sizə demək istəyirəm ki, Avropa İttifaqının bayrağı təkcə etiraz aksiyalarında deyil, hamımızın ürəyində dalğalanır, çünki Avropa İttifaqı ölkəmizin, xalqımızın tarixi, sivilizasiyalı seçimidir. Bu istiqamətdə çox güclü dəstəyinizə ümid bəsləyirik. Bir daha təşəkkür edirəm. Sizin ölkəmizə gəlişiniz çox vacib, zəruri və vaxtındadır”, - İliya Darçiaşvili bildirib.

Almaniyanın xarici işlər naziri Gürcüstana rəsmi səfər məqsədilə gecə saatlarında gəlib. Almaniyanın “Spiegel” nəşrinin məlumatına görə, Berbokun təyyarəsi Tbilisi hava limanına enərkən problemlə üzləşib. Analena Berboku hava limanında Gürcüstanın xarici işlər nazirinin müavini Xatuna Totladze qarşılayıb. Səfər çərçivəsində Almaniyanın xarici işlər naziri ilk görüşünü “Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası”nın ofisində qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə keçirib. Baş nazir İrakli Ğaribaşvili, prezident Salome Zurabişvili, müxalif siyasi partiyaların nümayəndələri və tələbələrlə görüşlər nəzərdə tutulub. Analena Berbok Rusiyanın işğal etdiyi Çxinvali rayonunun işğal xəttinə də gedəcək.

Tbilisiyə gəlməzdən əvvəl Analena Berbok bildirib ki, o, Gürcüstanın Avropa kursundan yayınmaq cəhdlərini görür və Tbilisiyə səfər etməklə Almaniyanın ölkənin Avropa perspektivini tam dəstəklədiyini açıq şəkildə bildirmək istəyir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur