Aİ-yə daxil olan kimi vətəndaşlar tam əmək hüquqlarından istifadə edəcəklər - Herçinski

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski bildirib ki, Gürcüstan Avropa İttifaqına daxil olan kimi Gürcüstan vətəndaşları sosial təminat, icbari sığorta, əmək haqqı və pensiyaları əhatə edən “tam əmək hüquqlarından” istifadə edəcəklər.

Herçinskii Aİ-yə namizəd statusunun Gürcüstanda əmək hüquqlarını yaxşılaşdıra və Gürcüstan vətəndaşlarının Aİ ölkələrində qanuni iş tapmasını asanlaşdıra bilib-bilməyəcəyi sualına cavab verib.

“Aİ və Gürcüstan yüksək keyfiyyətli peşəkar təhsilin yayılması, əmək siyasətinin təkmilləşdirilməsi və sahibkarlıq təhsilini dəstəkləməklə Gürcüstan vətəndaşları üçün iş yerlərinin və əmək bazarının inkişafında birgə işləyir.

Gürcüstan Avropa İttifaqına qoşulma prosesi çərçivəsində məşğulluq və əmək sahəsində mövcud olan bütün qanunvericiliyi Avropa İttifaqının qanunları toplusuna, Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırmalı və onun icrasını təmin etməlidir. Buraya əmək şəraiti, iş vaxtı, ayrı-seçkiliyə yol verilməməsi və işçilərin digər hüquq və vəzifələri ilə bağlı müsbət dəyişikliklər daxildir.

Aİ-yə üzvlük yekun nəticədə “dörd azadlıq” - malların, kapitalın, xidmətlərin və insanların hərəkət azadlığını əldə etmək və ondan istifadə etmək demək olduğundan, Gürcüstan Aİ-yə daxil olan kimi Gürcüstan vətəndaşları bütün Aİ ərazisində tam əmək hüquqlarından istifadə edəcəklər. Bunlara sosial təminat və icbari sığorta, rəsmi məşğulluq, əmək haqqı və pensiya daxildir. Qoşulma prosesi zamanı Gürcüstan hökuməti əmək standartları və sosial müdafiə baxımından Gürcüstan və Avropa İttifaqı arasında olan boşluqları düzəltməli olacaq”, - Pavel Herçinski bildirib.

Gürcüstan Avropa İttifaqına namizəd ölkə statusunu 2023-cü ilin dekabrında ölkənin 9 istiqamətdə addım atacağı qeyd-şərtilə alıb.

Avropa İttifaqı Gürcüstandan onun dəyərlərinə qarşı dezinformasiyaya, xarici informasiya manipulyasiyasına və müdaxiləyə qarşı mübarizə aparmağı; Gürcüstanın xarici siyasətinin Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasətinə uyğunluğunun təkmilləşdirilməsini; siyasi qütbləşməyə qarşı mübarizəni; xüsusilə 2024-cü ildə azad, ədalətli və rəqabətli seçki prosesinin təmin edilməsini; parlament nəzarətinin təkmilləşdirilməsi; məhkəmə islahatlarını; Korrupsiyaya Qarşı Mübarizə Bürosunun, Xüsusi İstintaq Xidmətinin və Fərdi Məlumatların Mühafizəsi Xidmətinin fəaliyyətinin səmərəliliyinin, müstəqilliyinin və qərəzsizliyinin təmin edilməsini; deoliqarxizasiya üzrə mövcud fəaliyyət planının təkmilləşdirilməsini; insan hüquqlarının müdafiəsi standartlarının təkmilləşdirilməsini tələb edir.

Üzvlük danışıqlarının başlanması mərhələsinə keçmək üçün şərtlərin yerinə yetirilməsi lazımdır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur