Onun qardaşı İsgəndər İsayev təbii fəlakət zonasında yerləşən Şovidə itkin düşmüş hesab edilən, Rustavidən olan 18 yaşlı Samirə İsayeva ilə əlaqə qurduqları ilə bağlı məlumatı təsdiq etmir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Sosial şəbəkədə məlumat yayılıb ki, guya Samirə İsayeva müəllimi ilə əlaqə saxlayıb, o, meşədədir, kömək istəyir və onunla birgə ana və qızı da var.
“Əvvəlcə mənə, ya da ata və anasına zəng edərdi. O, bizim nömrələrimizi əzbər bilirdi. Bütün müəllimlərə zəng etdim, hamısı deyir ki, mənə zəng etməyib”, - İsgəndər İsayev bildirib.
Samirə İsayeva üç qonşusu ilə Şovidə dincəlirmiş. Qardaşının sözlərinə görə, onlar iyulun 25-də Rustavidən çıxıblar. “Biz sonuncu dəfə avqustun 2-də danışdıq və onlar "Mamison" kottecində qalırdılar. O vaxtdan bəri ünsiyyət qura bilmirik”, - İsgəndər İsayev deyir.
Hazırda təbii fəlakət zonası olan Şovidə 20-yə yaxın adam axtarılır . Onların arasında uşaqlar da var.
Təbii fəlakət nəticəsində azı 15 nəfər həlak olub. Bu gün 4, avqustun 3-4-də isə 11 cəsəd tapılıb. Hökumət administrasiyasının regional əlaqələr şöbəsinin rəhbəri Leri Barnabişvili səhər saatlarında bildirib ki, yalnız 6 meyitin şəxsiyyəti müəyyən edilib. Onun sözlərinə görə, cəsədlər zədələnib və onların tanınması üçün DNT analizi aparılacaq.