Bu gün, avqustun 5-də mövcud məlumata görə, Şovidə 4 nəfərin meyiti tapılıb. Xilasedicilər artıq ölmüş iki nəfəri çıxarıblar. Cəsədlər Kutaisi Prokurorluğuna təhvil veriləcək, orada meyitlərin şəxsiyyəti müəyyənləşdirilir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Son məlumatlara görə, təbii fəlakət nəticəsində 15 nəfər ölüb. Onlardan 11-nin meyiti avqustun 3 və 4-də təbii fəlakət zonasında tapılıb. Hökumət administrasiyasının regionlarla əlaqələr şöbəsinin rəhbəri Leri Barnabişvili səhər saatlarında 6 nəfərin şəxsiyyətinin müəyyən edildiyini açıqlayıb. “Təəssüf ki, cəsədlər elə bir mühitdə tapılıb ki, zədələnib. Ona görə də DNT analizi aparılacaq və buna uyğun olaraq onların şəxsiyyətinin müəyyən edilməsi üçün bütün prosedurlar həyata keçiriləcək”, - Barnabişvili qeyd edib.
Məlum olub ki, cəsədlərdən bir Alina Polikovskasiadır, o, həyat yoldaşı Zaza Mesxi və üç azyaşlı uşağı ilə Şovidə idilər. Ailənin qalan üzvləri hələ də itkin düşüb.
Ölənlər arasında Nino Kençadzenin də şəxsiyyəti müəyyən edilib. O, dostları Salome Xetaquri və Qvantsa Bubaşvili ilə kurortda dincəlirdi. Qızları hələ də axtarırlar.
Hazırda 20-yə yaxın insanın harada olduğu məlum deyil. Onların arasında uşaqlar da var.
Şovi ərazisində təbii fəlakət avqustun 3-də təxminən saat 15:15 radələrində inkişaf edib. Axın kurortdakı kottecləri tamamilə dağıdıb, mehmanxanalara ziyan vurub, avtomobilləri yuyub aparıb, Şoviyə gedən yeganə yolda körpüləri uçurub. Xilasedicilər yalnız sərhəd polisinin helikopterləri ilə, 3 saatdan sonra fəlakət zonasına daxil ola biliblər. Avqustun 3 və 4-də 210 nəfər helikopterlərlə təhlükəsiz yerə təxliyə edilib.
Yerli əhalinin sözlərinə görə, təbii fəlakətdən iki gün əvvəl Buba dağında sürüşmə baş verib, nəticədə Bubisskali çayı vadisində külli miqdarda su yığılıb və avqustun 3-də isə palçıq axını baş verib.