Aksiyada ikiüzlülük edən gənclər var idi, baxmayaraq ki, biz onların keçmişini bilirik - Kaladze

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“İkiüzlük edən gəncələr var idi və ictimaiyyətə bəyan edirdilər ki, heç bir siyasi partiyaya mənsub deyillər, lakin biz onların keçmişini, həqiqətdə nəyi təmsil etdiklərini bilirik”, - Tiflis meri və “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze rus qanunlarına qarşı keçirilən və hakim partiyanı qanunu qəbul etməkdən imtina etməyə məcbur edən bir neçə min nəfərin iştirak etdiyi aksiyalar barədə fikir bildirib.

Kaladzenin dediyinə görə, aksiyada heç bir siyasi partiya ilə əlaqəsi olmayan və sadəcə qanunla əlaqədar qəzəbi olan xeyli adam var idi.

“Təbii ki, müxalifət partiyalarının liderləri gənclərdən istifadə etməyə çalışırdılar. Siyasətçilərin tribunaya yaxın buraxılmaması hallarının olduğunu gördük. Müvafiq olaraq gənclərin də onlardan istifadə edilməsinin qarşısını almaq cəhdi var idi. Mən həqiqi neytral gənclərdən danışıram”, - Kaladze jurnalistlərə bildirib.

Martın 12-də “İmedi” televiziyasına müsahibəsində baş nazir İrakli Ğaribaşvili də aksiyada iştirak edən gənclərə diqqət çəkib. Onun sözlərinə görə, səhnədə kimin dayandığını bir-bir bilirlər.

Onların hamısı “Milli Hərəkat”la əlaqəli idilər, tamamilə hamısı, ya da onların peyk təşkilatları olan, “Avropa Gürcüstanı”, “Qirçi”, Vaşadzenin partiyası və digərləri ilə bağlı idilər. Həmçinin maraqlı məqamlardan biri də odur ki, onların iştirakı artıq vurğulanıb. Eyni adlı zəhərləyici “Franklin Klubu” gənclərini, sizə birbaşa demək istəyirəm və bu haqda... Mən hadisələrin qabağına keçmək və ya digər tərəfdən istintaqa mane olmaq istəmirəm, amma bu, birbaşa anti-dövlət və və dağıdıcı fəaliyyətdir. Bu, eyni adlı “Franklin klubunda” bir çox gənclərin, o cümlədən şagirdlərin beyni yuyulur.

Qaribaşvili bəzi gəncləri anarxist, təxribatçı adlandırıb və onların “nəsə satanist formaları geyindiyini” qeyd edib.

“Gürcü arzusu” martın 7-də Rustaveli prospektində minlərlə insanın iştirak etdiyi etiraz aksiyalarını özü ilə bərabər gətirən “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci dinləmədə 78 deputatın müsbət rəyi ilə qəbul edib. Bundan sonra Daxili İşlər Nazirliyi gözyaşardıcı qaz, su şırnaqları və digər vasitələrdən istifadə etməklə dinc nümayişçiləri dağıdıb. Nümayişçilərin dağıdılması zamanı aldığı xəsarətlər nəticəsində mitinq iştirakçılarından birinin bir gözü görmə qabiliyyətini itirib. Polis 133 vətəndaşı inzibati, bir nəfəri isə cinayət məsuliyyətinə cəlb edib. Daxili İşlər Nazirliyi bildirir ki, zorakılıq hadisələri ilə bağlı Cinayət Məcəlləsinin 353 prima və 187-ci (polis əməkdaşlarına hücum və özgənin əmlakına ziyan vurma) maddələri ilə istintaq davam etdirilir. Vətəndaşların etirazı nəticəsində “Gürcü arzusu” rus qanununu rədd edərək martın 10-daki ikinci dinləmədə onu ləğv edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur