ALDE: Bizim ambisiyamız namizəd ölkələrin 2029-cu ilə qədər üzvlük meyarlarına cavab verməsidir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Avropa Uğrunda Liberallar və Demokratlar Alyansı” (ALDE) partiyası martın 20-21-də Brüsseldə keçirilən fövqəladə konqresdə 2024-cü ilin manifestini qəbul edib. Ona əsasən, “ALDE”nin ambisiyası Qərbi Balkan ölkələri, Moldova, Gürcüstan və Ukraynanın 2029-cu ilə qədər Aİ-yə üzvlük meyarlarına cavab verməsini təmin etməkdir.

“ALDE”nin üzvü olan Gürcüstanın müxalifət partiyalarının – “Qirçi – Daha Çox Azadlıq” və “Strategiya Ağmaşenebeli” liderlərinin fikrincə, manifestdə namizəd ölkələrə dəstək notası onların və Ukraynalı siyasətçilərinin təşəbbüsü ilə yer alıb.

“Biz Kopenhagen meyarlarına cavab verən Avropa ölkələri üçün açıq qapı siyasətinə sadiqliyimizi bir daha təsdiqləyirik və Aİ-nin meyarlara uyğunluğun və göstəricilərin əldə edilməsinin nəzərəçarpacaq nəticələrə gətirdiyinə dair güclü siqnallar göndərməsini təmin edirik”.

Bu mənada bizim ambisiyamız Qərbi Balkan ölkələri, Moldova, Gürcüstan və Ukraynanın 2029-cu ilə qədər bütün meyarlara cavab verməyə hazır olmasını təmin etməkdir. Namizəd ölkələr Kopenhagen meyarlarına cavab verməklə yanaşı, Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasətinə uyğun olmalıdırlar”, - manifestdə deyilir.

“ALDE” qeyd edir ki, Aİ-nin genişlənməsi siyasi, iqtisadi və təhlükəsizlik baxımından faydalıdır. Manifestdə deyilir ki, “Aİ, onun dəyərləri və standartları Qərbi Balkanlar, Moldova, Gürcüstan və Ukrayna xalqları üçün böyük birləşdirici amil olaraq qalır”.

“ALDE” özündə Avropada 60-dan çox siyasi partiyanı cəmləşdiri və Avropa Parlamentində 70 deputatla təmsil olunur. “ALDE” üzvləri arasında Avropa Şurasının prezidenti Şarl Mişel (“İslahat Hərəkatı” Partiyası) və Estoniyanın baş naziri Kaia Kalas (“Estoniya İslahat Partiyası”), həmçinin Sloveniya, Belçika, Hollandiya və Bolqarıstanın baş nazirləri var.

Gürcüstan Aİ-yə namizəd ölkə statusunu 2023-cü ilin dekabrında Əldə edib. Növbəti mərhələ üzvlük danışıqlarıdır ki, bunun üçün ölkə Avropa Komissiyası tərəfindən müəyyən edilmiş 9 şərti yerinə yetirməlidir, o cümlədən məhkəmə sistemində islahatlar, insan hüquqlarının müdafiəsi standartlarının təkmilləşdirilməsi və azad, ədalətli və rəqabətli seçki prosesinin təmin edilməsi. 2024-cü ilin fevralın 20-də Gürcüstan-Aİ Assosiasiya Şurasının iclasından sonra genişlənmə üzrə Avropa komissarı Oliver Varhey bildirib ki, əgər Gürcüstan 2030-cu ilə qədər bütün şərtləri yerinə yetirsə, Aİ onu qəbul etməyə hazır olmalıdır. Bununla bağlı baş nazir İrakli Kobaxidze bildirib ki, “2030-cu ildə Gürcüstan Aİ-yə üzv olmağa hər hansı digər namizəd ölkədən daha çox hazır olacaq”.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur