Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadaqidzenin sözlərinə görə, Gürcüstanın ədliyyə sistemi “korrupsiyadan tamamilə azaddır” və “hakimlərin şeytanlaşdırılması”nı həyata keçirən istənilən kəsdən üzr gözləyir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Üç fəal və bir keçmiş hakimin sanksiyaya məruz qalması ilə bağlı mən dəfələrlə bəyanat vermişəm və yenə deyirəm, əlimizdə heç bir sübut yoxdur və kimdən qaynaqlanırsa qaynaqlansın, biz heç kimdən Gürcüstan ədliyyə sitemində korrupsiya olduğuna dair göstəriş ala bilmərik. Gürcüstan ədliyyəsi korrupsiyadan tamamilə azaddır, bu, ölkəmizin və ədliyyə sisteminin ən böyük nailiyyətidir.
Ətrafında hay-küy yaranan və gürcü ədliyyəsinin və gürcü hakimlərinin şeytanlaşdırıldığı bütün işlər Avropa Məhkəməsində ən yüksək hüquqi nəzarətdən keçib. Bütün bu işlər Gürcüstanın xeyrinə başa çatıb. Ona görə də məhkəmə sistemi, o cümlədən sıravi bir hakim kimi bu dalğanı yaradan cəmiyyətdən üzr istəyərkən, ondan sonra gürcü hakimin 100 faiz haqlı olub-olmaması sualına cavab veriləcək.
Bu şeytanlaşdırmanın qaynaqlandığı hərkəsdən üzr gözləyirəm. Birləşmiş Ştatlar Departamenti təbii olaraq üzr istəməyəcək, lakin biz Amerika Departamentindən müvafiq sübut gözləyirik, əgər onlar istəsələr və bu məlumatın doğru olduğuna və müvafiq dəlillərə əsaslandığına inanırlarsa, o zaman bu sübut təqdim edilməlidir.
Ölkəmiz əhdlərə və hisslərə əsaslanan ədaləti 1937-ci ildə keçib. Biz yalnız sübutlara əsaslanırıq və sübutlar təkcə hakimin deyil, istənilən Gürcüstan vətəndaşının məsuliyyətinin əsasına çevriləcək”, - Kadaqidze bildirib.
Jurnalistlərin məsələni araşdırmaq və sübutların təqdim olunmasını gözləməmək məcburiyyətində olub-olmamaları sualını Ali Məhkəmənin sədri “diletant” (qeyri-peşəkarcasına) adlandırıb: “Əvvəlcə fakt müəyyən edilməli, sonra araşdırma aparılmalıdır. Necə təsəvvür edirsiniz, hansı işdən başlayaq? İl ərzində məhkəmələrdə nə qədər işə baxılır? Bu diletant sualdır. Cəmiyyətə kütləvi təsirlər olunur və cəmiyyəti emosional olaraq məhkəməyə qarşı səfərbər etmək asan hesablamadır”.
Nino Kadaqidzenin fikrincə, “şeytanlaşdırma” müəyyən işlərdən sonra baş verib və siyasətin məhkəməyə daxil olunması cəhdi olub. Onun qeyd etdiyi kimi, nə qədər ki Ali Məhkəmənin sədridir, “siyasət məhkəməyə daxil ola bilməz”.
2023-cü il aprelin 5-də ABŞ Dövlət Departamenti üç fəal və bir keçmiş gürcü hakimi - Mixeil Çinçaladze, Levan Murusidze, İrakli Şenqelia və Valerian Tsertsvadzenin, eləcə də onların ailə üzvlərinin əhəmiyyətli korrupsiya fəaliyyətlərində iştirakına görə ABŞ-a girişini qadağan edib. Departamentin izahatına görə, həmin şəxslər məhkəmə sədrləri və Ali Ədliyyə Şurasının üzvü vəzifələrindən sui-istifadə edərək qanunun aliliyinə və ictimaiyyətin Gürcüstanın məhkəmə sisteminə etimadına zərbə vurublar.
Tbilisi Apellyasiya Məhkəməsinin İnzibati İşlər Palatasının sədri İrakli Şenqelia Dövlət Departamentinin qərarından Amerika məhkəməsinə şikayət edəcəyini bildirib. Levan Murusidze isə deyir ki, sanksiyalarla bağlı məsələ onu narahat etmir, çünki “o, 100% haqlıdır”.