Almaniyanın Gürcüstandakı səfiri Piter Fişer bildirib ki, Almaniya Gürcüstanla münasibətləri nəzərdən keçirir və yeni öhdəliklər götürməmək qərarına gəlib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Səfirin sözlərinə görə, Gürcüstan hökumətinin hərəkətləri səbəbindən Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi dayandırılıb.
“İndi bu, Avropa İttifaqının siyasətidir və çox təəsüfləndiricidir, çünki hər şey tamamilə fərqli ola bilərdi, biz çox sürətlə irəliləyə bilərik, irəli getmək istəyirik, lakin üzvlük prosesinin sürəti və keyfiyyəti namizədin əlindədir.
Almaniyaya gəlincə, biz də Gürcüstanla münasibətlərimizə yenidən baxırıq. Bildiyiniz kimi, bizim çox geniş və dərin əlaqələrimiz var. Amerika Birləşmiş Ştatları ilə birlikdə biz Gürcüstanda inkişaf əməkdaşlığının ən böyük donorlarından biriyik. Biz Gürcüstan qarşısında heç bir yeni öhdəlik götürməmək qərarına gəldik, ona görə də hazırda Almaniyanın Gürcüstan üçün yeni maliyyə öhdəlikləri yoxdur. Həmçinin Almaniya silahlı qüvvələri “Ləyaqətli Tərəfdaş” təlimlərində iştirakını ləğv edib. Biz keçən il Tbilisidə keçirilən və bu yay Berlində keçirilməli olan böyük hüquq forumunu da ləğv etdik. Biz gələcək tədbirləri nəzərdən keçiririk”, - deyə Piter Fişer jurnalistlərə açıqlamasında bildirib.
Almaniya səfirinin sözlərinə görə, gürcülər Avropa İttifaqına üzv olmağın onlar üçün nə qədər vacib olduğunu düşünməlidirlər: “Biz istəyirik ki, siz Avropa İttifaqına daxil olasınız, lakin siz prosesi bilirsiniz. Siz bizim standartlarımıza cavab verməlisiniz, verə bilməsəniz üzv ola bilməyəcəksiniz. Beləliklə, Gürcüstan vətəndaşları və gürcü dostlarımız düşünməlidirlər ki, Avropa İttifaqı siz, övladlarınız, nəvələriniz üçün nə qədər önəmlidir. Bunu istəyirsinizsə, kursumuza qayıtmalısınız”, - diplomat bildirib.
Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski dünən bildirib ki, Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi hazırda dayandırılıb. Onun sözlərinə görə, son vaxtlar Gürcüstanda hadisələrin mənfi inkişafı, o cümlədən vətəndaş cəmiyyətinin təhdid edilməsi, Avropa İttifaqı və onun dəyərlərinə dair dezinformasiyaların yayılması müşahidə olunur.
“Avropa İttifaqı Gürcüstana Avropa Sülh Fondundan 2024-cü il üçün nəzərdə tutulmuş 30 milyon avro məbləğində dəstəyi dayandırıb. Vəziyyətin daha da pisləşəcəyi təqdirdə başqa tədbirlərə də baxılacaq.... Aylardır açıq siqnal verirdik ki, qanun [rus qanunu nəzərdə tutulur - red.] qəbul olunsa, bunun nəticələri olacaq. Qanun qəbul olundu və nəticənin vaxtı gəldi. İndi Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər ən yüksək səviyyədə olmalıdır, əvəzində isə ən aşağı səviyyədədir”, - Pavel Herçinski bildirib.
Amerika Birləşmiş Ştatları da Gürcüstanla münasibətlərini nəzərdən keçirməyə başlayıb.