Belçikanın “Jan De Nul” şirkəti Anaklia Dərinsulu Limanının dəniz infrastrukturunun tikintisi işlərinə dair elan edilmiş beynəlxalq tenderin qalibi seçilib. O, liman akvatoriyasının dərinləşdirilməsi və Anakliada dalğaqıran tikintisi üzrə işləyəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Avqust ayı ərzində biz şirkətlə müqavilə üzərində işləyəcəyik. Düşünürəm ki, sentyabr ayından etibarən Anaklia ərazisində aktiv tikinti işlərinin görülməsinə bir neçə həftə lazım olacaq ki, bu da bizə limanı nəzərdə tutulan müddətdə istifadəyə verməyə, 2029-cu ildən ilk konteyner gəmilərini qəbul etməyə imkan verəcək”, - İqtisadiyyat Naziri Levan Davitaşvili bildirib.
Nazirin sözlərinə görə, eyni zamanda, Anaklia limanının özəl partnyorunun seçimi davam edir və təkliflərin dəqiqləşdirilməsi üçün Çin konsorsiumu ilə danışıqlar aparılır. “Düşünürəm ki, bu proses plan üzrə gedir və biz burada da seçim edəcəyik.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, əsası 1938-ci ildə qoyulmuş “Jan de Nul”un dövriyyəsi 2,5 milyard avro təşkil edir və burada 7 mindən çox işçi çalışır. Şirkət Panama Kanalının genişləndirilməsi layihəsində fəal iştirak edib və Avropa, körfəzlər və Afrika da daxil olmaqla dünyanın müxtəlif regionlarında davam edən və tamamlanmış layihələr həyata keçirib.
Anaklia limanının 51%-lik hissəsi dövlətə, 49%-lik hissəsi isə Çin dövlət şirkəti “China Communications Construction Company Limited”in (CCCC) özəl partnyor şirkəti Çin konsorsiumu isə sahib olacaq. CCCC Amerika Birləşmiş Ştatları tərəfindən sanksiya olunub. ABŞ-ın Gürcüstandakı səfiri Robin Daniqan bildirib ki, CCCC-nin böyük hissəsi “Rusiya ordusunun bir nömrəli maliyyəçisi” olan Çin Kommunist Partiyasına məxsusdur.