Tbilisi Apellyasiya Məhkəməsi 2021-ci il iyulun 5-də ictimai yayımçı “Birinci Kanal”ın operatoru İliya Tvaliaşviliyə qarşı fiziki zorakılığa görə Qiorqi Tsaruaşvili və Qiorqi Mağradzeni 3 il müddətinə azadlıqdan məhrum edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Tsaruaşvili və Mağradzenin 1 il 3 ay həbsdə qaldıqları şəhər məhkəməsinin hökmündən prokurorluq apellyasiya şikayəti verib. Hakim Natia Barbakadzenin hökmünə əsasən, onlar daha 1 il 9 ay yenə cəza çəkəcəklər.
Hökm elan edildikdən sonra iclas zalında olan Qiorqi Mağradze yerindəcə saxlanılıb. Qiorqi Tsaruaşvili məhkəməyə gəlməyib. İşin prokuroru Qriqol Nişnianidzenin sözlərinə görə, onun barəsində axtarış tədbirləri aparılacaq.
“İttiham tərəfi apelyasiya məhkəməsində tibbi ekspertin rəyini əlavə sübut kimi təqdim etdikdən və qeyd olunan sübutları tədqiq etdikdən sonra yuxarıda adları çəkilən şəxslərin qrup halında qəsdən sağlamlığa yüngül ziyan vurulması ilə bağlı təqdim olunan ittihamlar üzrə təqsirli bilinməsini tələb edib. Məhkəmə ittiham tərəfinin mövqeyini tam bölüşüb və onların hər birinə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası verib”, - prokuror bildirib.
Vəkillər hökmü ədalətsiz və qanunsuz hesab etdikləri üçün Ali Məhkəməyə şikayət etməyi planlaşdırırlar.
“Maddə iki ilə qədər həbs cəzası nəzərdə tutur, hakim daha bir il əlavə edib. Bizə aydındır ki, bu hökm ədalətli məhkəmə prinsipinə deyil, siyasi sifarişə əsaslanır”, - Qiorqi Mağradzenin maraqlarını müdafiə edən Ana Jğenti bildirib.
Şəhər məhkəməsinin digər beş nəfər - Zaza Çaava, Murad Devlarişvili, Qeno Qermanişvili, Qiorqi Xeçuaşvili və Tedo Burduli barəsində çıxardığı qərarlar dəyişməz qalıb.
İşin bu epizodu 2021-ci il iyulun 5-də “Tbilisi Qüruru” tərəfindən təşkil olunmuş “Ləyaqət Marşı”na əks aksiya iştirakşılarının “İctimai Yayım”, “Rustavi 2”, “Yeni Post” və “Formula” əməkdaşlarına qarşı etdikləri zorakılıqla bağlı olub.
Operator İliya Tvaliaşvili zorakı qrupların üzvləri tərəfindən hücuma məruz qalan 50-dən çox media nümayəndəsindən biridir. Operator məhkəmə iclaslarının birində çıxışı zamanı 15-ə yaxın şəxs tərəfindən döyüldüyünü, buna görə görmə qabiliyyətinin zərər gördüyünü bildirib: “Polis tərəfindən çıxarılmasaydım, əmin olun, məni öldürəcəkdilər, elə şiddətlə döyürdülər, heç biri heçnə başa düşməyəcəkdi belə. Yıxıldıqdan sonra polis maşınında özümə gəldim və sonra xəstəxanaya qədər heç nə xatırlamıram... Bu məqamda həqiqətən görə bilmirəm, televiziyada işləməyirəm, lakin təqaüdə çıxmışam. Bu hadisədən sonra eynək taxıram, eynəksiz görə bilmirəm. Mən çoxlu aksiyalarda işləmişəm, lakin heç vaxt belə bir şey olmayıb”.
5 iyul zorakılığının təşkilatçıları indiyədək cəzalandırılmayıb.
Bu mövzu haqqında:
Mühit getdikcə düşmənçiliyə çevrilir - Gürcüstan mətbuat azadlığı indeksində 77-ci yerdədir