Aqara polis rəisi siqaret qaçaqmalçılığı ittihamı ilə həbs olunub

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Fotoda - İoseb Qelaşvili

Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyinin əməkdaşları Şida Kartli polis idarəsinin Aqara şöbə rəisi İoseb Qelaşvilini həbs ediblər. O, qanunsuz olaraq odlu silah-sursat almaq və saxlamaqda, xüsusilə də külli miqdarda rüsumsuz siqaretlərin saxlanması və daşınmasında ittiham olunur.

Nazirlikdən verilən məlumata görə, saxlanılan şəxsin avtomobilinə, yaşayış evinə və ofisinə baxış nəticəsində maddi sübut kimi külli miqdarda rüsumsuz siqaretlər, odlu silahlar, patronlar, ağızlıqlar və pul götürülüb.

Mətbuatda yer alan məlumata görə, polis idarəsinin rəisi rüsumsuz siqareti Rusiya tərəfindən işğal olunmuş Tsxinvali rayonundan gətirərək yerli mağazalarda satırmış.

Aqara Kareli bələdiyyəsinin kəndidir və işğal olunmuş Tsxinvali rayonunun kəndlərinə yaxındır.

İstintaq Cinayət Məcəlləsinin 200-cü maddəsinin 3-cü və 236-cı maddəsinin 3-cü maddəsi ilə aparılır. Cinayət 8 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur