Azərbaycan hakimiyyəti tərəfindən təqib olunan jurnalistlər və vətəndaş fəalları Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını (ATƏT) növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün Azərbaycana göndərilmiş missiyanı geri çağırmağa çağırırlar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Avropada yerləşən vətəndaş koalisiyası (AZEX,The Azerbaijani Exiled Civic Coalition) Azərbaycan hakimiyyətini seçkiqabağı dövrdə jurnalistlərə, hüquq müdafiəçilərinə və müxalifət fəallara qarşı yeni repressiya dalğasına başladığına görə tənqid edir.
AZEX-in sədri Emin Hüseynovun “Kavkazski uzel” ə verdiyi məlumata görə, bu yaxınlarda həbs edilmiş jurnalistlərin demək olar ki, hamısının xaricdən qanunsuz maliyyə almaqda ittiham olunmasına baxmayaraq, onların cinayət məsuliyyətinə cəlb edilməsinin əsl səbəbi korrupsiyaya qarşı mübarizə ilə bağlı səs-küylü jurnalist araşdırması və gündəlik nəşrlərdir. Onlar Azərbaycan vətəndaşlarına məxsus sosial-iqtisadi və siyasi hüquqların sistemli və kütləvi şəkildə pozulmasını ifşa ediblər.
Hüseynovun sözlərinə görə, İsveçrədə yaradılan yeni koalisiya Azərbaycanın da üzv olduğu bütün beynəlxalq strukturlara müraciət edərək ölkədə insan haqlarının kobud şəkildə pozulması hallarına reaksiya verməyə çağırır.
“Hökumətin yerli vətəndaş cəmiyyətinə aşkar repressiv münasibətini nəzərə alaraq” koalisiya ATƏT/DTİHB-ni seçkiqabağı mühiti yenidən, “obyektiv yerli və beynəlxalq müşahidə üçün qeyri-mümkün” kimi qiymətləndirməyə çağırır.
“[ATƏT/DTİHB] Azərbaycanda prezident seçkilərini müşahidə etmək üçün DTİHB/ATƏT-in ölkədəki missiyasını dayandırmaq barədə müvafiq qərar qəbul edtsin, çünki Azərbaycan hakimiyyətinin beynəlxalq imicini yumaq üçün missiyadan istifadə edəcəyi ilə bağlı açıq risklər var”, - koalisiyanın bəyanatda deyilir.
ATƏT ötən ilin sonunda Azərbaycana 11 beynəlxalq mütəxəssisdən ibarət müşahidə missiyası göndərib. Missiya rəhbərinin sözlərinə görə, seçki kampaniyası və seçkiləri 26 uzunmüddətli müşahidəçi izləyəcək. Bundan əlavə, DTİHB ATƏT-ə üzv dövlətlərə müraciət edərək seçki gününü müşahidə etmək üçün Azərbaycana daha 280 qısamüddətli müşahidəçi göndərib.
Qeyd edək ki, yanvarın 16-da Avropa Parlamenti Azərbaycanda seçki prosesini və onun nəticələrini müşahidə etməmək barədə qərar qəbul edib. “Avropa Parlamentinin heç bir fərdi üzvünün Avropa Parlamenti adından bu seçki prosesini müşahidə etmək və ya şərh etmək hüququ yoxdur”, - Avropa Parlamentinin üzvü Devid Makallisterin veb-səhifəsində dərc olunmuş bəyanatda deyilir.
Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu barədə dekabrda prezident səlahiyyətlərini icra edən İlham Əliyev bəyan edib. Ondan başqa seçkilərdə 6 namizəd iştirak edir ki, bu da, analitiklərin fikrincə, əslində yalnız rəqabət illüziyası yaradır.
Seçkiləri əsas müxalifət partiyaları, o cümlədən “Müsavat” və “Azərbaycan Xalq Cəbhəsi” boykot edib və bunu ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün şəraitin olmaması ilə izah ediblər.
Azərbaycan prezidenti 7 il müddətinə seçiləcək. Ölkədə sonuncu prezident seçkiləri 2018-ci ilin yazında keçirilib. İlham Əliyev 2003-cü ildən Azərbaycanın prezidentidir.