Azərbaycan Prezidenti İlham Əliyev növbədənkənar prezident seçkiləri təyin edib. Mərkəzi Seçki Komissiyasına seçkilərin 2024-cü il fevralın 7-də keçirilməsi tapşırılıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Azərbaycanda növbəti prezident seçkiləri 2025-ci ildə keçirilməli idi. Növbədənkənar seçkilərin təyin edilməsinin səbəbi açıqlanmayıb.
İlham Əliyev 2003-cü ildən Azərbaycanın prezidentidir. O, 2018-ci ildə keçirilən son seçkidə qalib gəlib və prezident səlahiyyətlərini daha 7 il uzadıb.
Əliyevin 20 illik hakimiyyəti dövründə ölkədə insan haqlarının vəziyyəti daha da pisləşib. Beynəlxalq insan haqları təşkilatı “Amnesty International”ın son hesabatına görə, Azərbaycanda ifadə, toplaşma və birləşmək azadlığı ciddi şəkildə məhdudlaşdırılıb. İctimai fəallara qarşı əsassız həbslər və siyasi motivli təqiblər var. Hakimiyyət dinc etirazları yatırır, müstəqil təşkilatların, KİV-lərin fəaliyyətinə mane olur.
Digər beynəlxalq təşkilat “Freedom House” Azərbaycanın siyasi sistemini “avtoritar rejim” adlandırır. “Korrupsiya çiçəklənir və formal siyasi müxalifət illərlə davam edən təqiblər nəticəsində zəifləyib. Son illərdə hökumət vətəndaş azadlıqlarını geniş miqyasda sıxışdırmaqla yanaşı, müstəqil ifadə və fəallıq üçün çox az zəmin yaradır”, - “Freedom House” yazır.
2009-cu ildə qəbul edilən konstitusiya dəyişiklikləri nəticəsində bir nəfər məhdudiyyətsiz .şəkildə Azərbaycan prezidenti vəzifəsinə namizəd ola bilər.
Bu il sentyabrın 19-20-də həyata keçirilən hərbi əməliyyatdan sonra Bakı Dağlıq Qarabağ ərazisi üzərində nəzarəti tamamilə bərpa etdiyini və suverenliyinin bərpa olunduğunu elan edib. Qarabağda ümumilikdə 120 min insan yaşayırdı. Etnik ermənilər kütləvi şəkildə bölgəni tərk edərək Ermənistana köçüblər. Onlar buna səbəb kimi Azərbaycan hakimiyyəti tərəfindən təqib olunacaqları qorxusunu göstərirlər.
Sentyabrın 28-də müstəqillyi tanınmamayan respublikanın prezidenti Samvel Şahramanyan sərəncam imzalayıb, ona əsasən, 2024-cü il yanvarın 1-dək bütün “dövlət qurumları və təşkilatları” buraxılacaq və “Dağlıq Qarabağ Respublikası” (Artsax) mövcudluğunu dayandıracaq.
Oktyabrın 3-də Dağlıq Qarabağın de-fakto keçmiş prezidentləri Arkadi Qukasyan, Bako Saakyan, Araik Harutunyan və Milli Assambleyanın sədri Davit İşxanyan həbs edilib.
İlham Əliyevin sözlərinə görə, “İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış - Dövlət Proqramı” çərçivəsində 2026-cı ilədək 140 min nəfərin Qarabağa qayıtması gözlənilir.
Qarabağ regionu sovet hakimiyyəti illərində muxtar vilayətə çevrildi. 1988-ci ildə qarabağlılar Qarabağın Sovet Azərbaycanından sovet Ermənistanına verilməsini istəyirdilər. Münaqişə 1990-cı illərin əvvəllərində genişmiqyaslı müharibəyə çevrildi. Döyüşlər 1994-cü ilə qədər davam etdi və sonda region Qarabağ ərazisində müstəqillik elan edən yerli ermənilərin nəzarətinə keçdi. Qarabağ Respublikası heç bir ölkə, o cümlədən Ermənistan tərəfindən tanınmayıb.