Azərbaycan mətbuatının yaydığı məlumata görə, oktyabrın 3-də Dağlıq Qarabağın de-fakto keçmiş prezidentləri Arkadi Qukasyan, Bako Saakyan, Araik Harutunyan və Milli Assambleyanın sədri Davit İşxanyan həbs edilib. Onlar Bakıya köçürülüb. Onlara qarşı cinayət işi başlanıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bundan əvvəl Azərbaycanın Təhlükəsizlik Xidməti müstəqilliyi tanınmamış Dağlıq Qarabağ Respublikasının keçmiş dövlət naziri Ruben Vardanyanı, keçmiş xarici işlər naziri Davit Babayanı, Müdafiə Ordusunun keçmiş komandanı Levon Mnaçakanyanı və Silahlı Qüvvələrin keçmiş komandan müavini Davit Manukyanı həbs etmişdi.
BMT-nin Azərbaycandakı daimi kordinatorunun rəhbərliyi ilə BMT missiyasının Dağlıq Qarabağa bir günlük səfəri dünən başa çatıb. Onların bəyanatında Dağlıq Qarabağda minə yaxın erməninin qaldığı bildirilir.
“Missiya yerli əhalinin evlərini tərk etməsi və bunun səbəb ola biləcəyi iztirablardan şoka düşüb”.
Bəyanat müəllifləri onu da qeyd edirlər ki, baş çəkdikləri yerlərdə mülki və kənd təsərrüfatı infrastrukturuna hər hansı ziyan, dağıntı görməyiblər. Açıqlamaya görə, BMT nümayəndələri Ağdam, Stepanakert və Laçın dəhlizində bir günlük səfərdə olublar. Məlumata görə, müşahidəçilərin kəndlərə girişi “məhdud” olub.
Qarabağda ümumilikdə 120 min insan yaşayırdı. Azərbaycanın hərbi əməliyyatından sonra Bakının suverenliyinin bərpa olunduğunu elan etdiyi 19-20 sentyabr tarixlərində etnik ermənilər kütləvi şəkildə regionu tərk edərək Ermənistana köçməyə başlayıblar.
Ermənistan Xüsusi Əməliyyat Qrupunun nümayəndəsi Edmon Marukyan BMT missiyasının fəaliyyətini tənqid edərək, missiyanın Azərbaycanın törətdiyi cinayətləri qanuniləşdirdiyini vurğulayıb.
“BMT-nin Dağlıq Qarabağdakı qondarma missiyası Azərbaycanın törətdiyi etnik təmizləmə, əsassız həbslər, mülki infrastrukturun dağıdılması və digər cinayətlərin qanuniləşdirilməsi üçün hər şeyi edib. Bu insanlar bir qurum kimi BMT-ni nüfuzdan salırlar. Mən BMT-nin bu “nümayəndələrin fəaliyyəti ilə bağlı araşdırma aparmasını səbirsizliklə gözləyirəm”, - o yazıb.
Avropa Şurasının prezidenti Şarl Mişel “Euronews” telekanalının efirində həm Rusiyanın Dağlıq Qarabağa münasibətindən, həm də Azərbaycanın hərəkətlərindən məyus olduğunu bildirib.
“Rusiyanın erməni xalqına xəyanət etdiyi göz qabağındadır. Onlar 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamə ilə həmin bölgədə yerləşdirilib. Ruslar sülh və təhlükəsizliyi təmin etməli olan əsgərləri gətirmək istəyirdilər, lakin biz Azərbaycanın hərbi əməliyyat keçirdiyini və sülhməramlılardan zərrə qədər reaksiya olmadığını gördük", - Mişel bildirib.
Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabrın 28-də hökumətin iclasında Qarabağ bölgəsində yaşayan erməni əhalisinə qarşı “etnik təmizləmə” aparması ilə bağlı bəyanatını rədd edib.
Nazirlik Ermənistan əhalisini yaşayış yerini tərk etməməyə və çoxmillətli Azərbaycan cəmiyyətinin bir hissəsinə çevrilməməyə çağırıb.
Sentyabrın 28-də müstəqilliyi tanınmamış respublikanın prezidenti Samvel Şahramanyan sərəncam imzalayıb ki, ona əsasən, 2024-cü il yanvarın 1-dək bütün “dövlət qurumları və təşkilatları” buraxılacaq və “Dağlıq Qarabağ Respublikası” (Artsax) mövcudluğunu dayandıracaq. Sərəncamın ikinci bəndinə əsasən, Qarabağ əhalisi, o cümlədən hazırda onun hüdudlarından kənarda olanlar Azərbaycanın təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olmalı, Qarabağda qalmaq və ya köçmək məsələsini müstəqil və fərdi qaydada həll etməlidirlər. Hazırda Dağlıq Qarabağ demək olar ki, tamamilə boşaldılıb. Etnik ermənilər regionu tərk etmələrinə səbəb kimi Azərbaycan hakimiyyətinin təqiblərindən qorxmalarını göstərirlər.