Gürcüstanın keçmiş baş naziri, “Gürcü Arzusu”nun sədri İrakli Ğaribaşvili son əmlak bəyannaməsi ilə bağlı suala cavabında bildirib ki, ailəsinin “tamamilə qanuni” gəliri var.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Ğaribaşvilinin jurnalistlərə bildirdiyi kimi, Korrupsiyaya Qarşı Mübarizə Bürosu hər il onun bəyannaməsini yoxlayır.
“Bir dəfə də olsun, heç bir məsələ ilə bağlı cavab vermədiyim sual olmayıb. Sadəcə sual yoxdur. Ailəmin tamamilə qanuni gəliri, qanuni biznes fəaliyyəti var. Əgər bununla maraqlanırsınızsa, sizə bütün məlumatları təqdim etməyə hazıram. Əgər həqiqətən maraqlanırsınızsa, təqaüdçü dediyiniz atamın bu pullara haradan...
Atam təqaüdçü ola bilər, amma atamın rəsmi olaraq milyonlluq biznesi və mülkü var, onu da məhz özü qazanıb... İndi bilmirəm... bir sözlə, müxtəlif yollarla”, - deyə İrakli Ğaribaşvili atası Tariel Ğaribaşvili haqda bildirib.
Əmlak bəyannaməsinə əsasən, ötən il ərzində İrakli Ğribaşvili baş nazir vəzifəsi üçün 45 104 lari maaşı əldə edib. Lakin bir il ərzində onun ailəsinin xərcləri 130.000 larini keçib. Ğaribaşvili səyahətə 20 000 dollar, ailə məclisinə 15 000 lari, üç azyaşlı uşağının təhsilinə təxminən 43 000 pul xərcləyib. İrakli Ğaribaşvilinin həyat yoldaşı Nunu Tamazaşvili Bakurianidə ev tikmək üçün götürdüyü krediti ödəmək üçün “Kartu Bank”a 25 809 lari yatırıb.
2023-cü ildə, əvvəlki ildə olduğu kimi, İrakli Ğaribaşvilinin valideynləri ona hədiyyə olaraq 150.000 lari veriblər. Bundan əlavə, Tariel Ğaribaşvili İrakli Ğaribaşvilinin 18 yaşlı oğlu Nikolozu Münhenə aparmaq üçün istifadə olunan hökumət təyyarəsini icarəyə götürmək üçün 109 500 lari ödəyib.
2012-ci ilə qədər “Gürcü Arzusu” hakimiyyətə gələnə qədər Tariel Ğaribaşvili Tsilitskaro kəndinin qəyyumu olub və heç bir biznesi olmayıb. Oğlunun daxili işlər naziri, sonra isə baş nazir olduğu dövrdə Tariel Ğaribaşvili böyük mülk sahibi olub.
Keçmiş baş nazirin atası ötən il 200 000 lariyə aldığı “Gürcü Kökləri” MMC-nin 50%-lik hissəsinin sahibidir. Həmin il o, 100%-i özünə məxsus olan “Ğaribaşvili Marani” MMC-ni təsis edib.
İrakli Ğaribaşvili 2024-cü il yanvarın 29-da baş nazir postunu tərk edib, sonra isə “Gürcü Arzusu”nun sədri seçilib. Bunun əvvəlində Bidzina İvanişvilinin siyasətə qayıtması baş verib.
“Müxalifət nəzarəti olmadığı halda korrupsiya riskləri də artır ki, bu da xüsusi sığorta tələb edir”, - İvanişvilinin sözlərinə görə, onun siyasətə qayıtmaq və hakim partiyanın fəxri sədri vəzifəsini tutmaq qərarına gəlməsinin səbəblərindən biri də bu olub.