Baş nazir İrakli Ğaribaşvili bildirib ki, 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsinin dəf etmək olardı, lakin “əvvəlki hökumət heç nə etmədi”. Ğaribaşvili Muxatqverdi qardaşlarının qəbiristanlığında deyib ki, o vxarki “siyasi rəhbərlik müharibə başlayan andan, elə ilk dəqiqədən dəhşətli xəyanət edib”.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“İlk növbədə həlak olan qəhrəmanlarımıza və onların ailələrinə başsağlığı vermək istərdim. Qəhrəmanlarımızın parlaq xatirəsi qarşısında baş əyirəm. Onların ailələrinə bir daha dərin hüznlə başsağlığı vermək istərdim. Bu döyüşdə qəhrəmanlarımız qəhrəmancasına həlak olublar. Bu ölkəmizin, xalqımızın başına gələn dəhşətli faciə idi. Bu, 400-dən çox vətəndaşımızın ölümünə, 2000-dən çox vətəndaşımızın yaralanmasına səbəb olan ən ağır sınaq idi və biz bu müharibədən çox ağır nəticələr əldə etdik. 150-dən çox yaşayış məntəqəsi işğal olundu, əlavə olaraq bir neçə kəndi, Kodori vadisini itirdik. Bu müharibə həm qeyri-qanuni işğala, həm də yerli ərazilərimizin müvəqqəti işğalına, qondarma müstəqilliyinə səbəb oldu və ölkəmizə çox ağır nəticələr gətirdi.
Biz dəfələrlə demişik ki, bu müharibəni dəf etmək mümkün idi. Hadisələrin necə cərəyan etdiyi barədə məlumata məlik deyiləm. Bir daha qeyd etmək istəyirəm ki, qəhrəman əsgərlərimiz böyük qəhrəmanlıq və fədakarlıq göstərərkən keçmiş baş komandan arxa planda böyük məsuliyyətsizlik nümayiş etdirdi. Qəhrəmanlarımız xalqımız, gələcək nəsillərimiz üçün çoxlu nümunələr qoyub.
Onda keçmiş baş komandanın ən biabırçı davranışını gördük. Qalstuk çeynəməyini, qaçmağını, təyyarənin səsinə görə yıxılmağını, yerə dəyməyini xatırlayırsınız. Təəssüf ki, bütün cəmiyyət böyük biabırçılıq gördü, təkcə biz yox, bütün dünya”, - Ğaribaşvili bildirib.
Ölkənin cari baş nazirinin sözlərinə görə, indiki hökumət həlak olan qəhrəmanlara, ərazilərin bombardman edilməsinə, işğala məruz qalmasına əhəmiyyət verməyib.
“Cəmiyyəti düşündürən əsas sual - biz Kodori vadisini döyüşsüz, müqavimətsiz niyə itirdik? 150-dən çox yaşayış məntəqəsini niyə itirdik? Nə üçün bu müharibənin qarşısı vaxtında alınmadı? Risklərin qiymətləndirilməsi niyə aparılmadı? Balaca uşaq müharibədən bir neçə gün əvvəl baş verən bu təxribatların ardınca gələcək mümkün addımları asanlıqla hesablaya bilərdi. Bütün bu sualların birləşməsi bir şeyi göstərir ki, bu, Gürcüstan ərazilərinin birləşdirilməsi, xalqımızın müdafiəsi, milli maraqlarımızın qorunması ilə bağlı heç bir əhəmiyyət kəsb etməyən həqiqətən antimilli, ancaq öz mənafeyini düşünən, ölkəmizin mənafeyinə xəyanət edən, əhalimizə, xalqımıza, qəhrəmanlarımıza xəyanət edən bir hakimiyyət idi. Yadınızdadırmı, bizim qəhrəman əsgərlərimizin cəsədləri işğal olunmuş torpaqlarda qoydular və heç maraqlanmadılar da. Patriarxın iştirakı olmasaydı, hətta qəhrəmanlarımızın cəsədləri belə təxliyyə oluna bilməzdi. Bu, keçmiş hökumətin bizə qoyub getdiyi ağır mirasdır”, - İrakli Ğaribaşvili bildirib.
Onun sözlərinə görə, hazırkı hakimiyyətin əsas çətinliyi sülhsevər və praqmatik siyasətlə işğala son qoymaqdır.
“Rusiyanın işğalçı və təcavüzkar olması faktını biz çoxdan bilirdik və bilirik. Bütün dünya bilir. Bir daha qeyd etmək istərdim ki, biz düzgün, sülhsevər siyasət işləyib hazırlamışıq ki, bu siyasət ölkəmizi ərazilərin işğaldan azad edilməsinə, yekun bütövləşməyə aparmalıdır. Sülhün alternativi yoxdur. Biz sülhlə, düzgün, ağıllı, praqmatik siyasətlə ərazilərimizi geri almalıyıq. Mən buna dərindən inanıram. Biz bu böyük məqsədə hər gün daha da yaxınlaşırıq”, - deyə İrakli Ğaribaşvili əlavə edib.
2008-ci ilin avqust müharibəsindən 15 il keçir. 2008-ci il avqustun 7-də Rusiya ordusu Roki tuneli üzərindən Gürcüstan sərhədini keçərək qurudan, havadan və dənizdən genişmiqyaslı hərbi təcavüzə başlayıb. Müharibə avqustun 12-də, atəşkəs haqqında saziş imzalanana qədər bir neçə gün davam etdi. Rusiya aviasiyası Gürcüstanın müxtəlif şəhərlərində yerləşən hərbi baza və hava limanlarına hücum edib, Qori iki dəfə, o cümlədən Qori hərbi bazasının ərazisi bombalanıb. Tbilisi Vaziani hərbi bazası, aviasiya zavodu, Poti limanı, Senaki və Marneuli hərbi bazaları da bombalanıb. Rusiyanın hərbi müdaxiləsi nəticəsində gürcüstanın 228 mülki vətəndaşı, 170 hərbçisi və 14 polisi həlak olub. 150.000 insan evlərini tərk edib, onların çoxu qaçqın olaraq qalırlar.