Rusiya prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycanda dövlət səfərində olacaq. Kremldən bildirilib ki, səfər çərçivəsində Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Səfərin sonunda Vladimir Putin və İlham Əliyev birgə bəyanatla çıxış edəcək, hökumətlərarası və digər sənədləri imzalayacaqlar.
Putin Azərbaycanda sonuncu dəfə 2018-ci ilin sentyabrında olub. 2023-cü ilin martında, Ukraynaya genişmiqyaslı hücum və müharibədən bir il sonra Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Putinin həbsinə order verib. Azərbaycan məhkəmənin təsis müqaviləsini - Roma Statutunu imzalayan və ya iştirakçısı deyil.