Avropa Şurasının baş katibi vəzifəsinə Alen Berse seçilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

46 ölkənin milli parlamentlərinin üzvlərindən ibarət Avropa Şurası Parlament Assambleyası (AŞPA) İsveçrənin keçmiş prezidenti Alen Berseni yeni baş katib seçib. O, bu vəzifədə Mariya Peyçinoviç Buriçi əvəz edəcək.

Digər namizədlər arasında estoniyalı İndrek Saar və belçikalı Didye Reynders də var idi. Səsvermənin ikinci turunda Alen Berse səslərin əksəriyyətini, 114 səsi qazanıb. İndrek Saar və Didye Reynders müvafiq olaraq 85 və 46 səs toplayıb.

Alen Berse 5 illik səlahiyyət müddətinə 2024-cü il sentyabrın 18-də başlayacaq.

Berse Sosial Demokrat Partiyasının üzvüdür. 2012-2023-cü illərdə İsveçrə hökumətinin üzvü olub. Bu müddət ərzində o, iki dəfə - 2018 və 2023-cü illərdə konfederasiyanın prezidenti vəzifəsini tutub.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur