Gürcüstanın 1999-cu ildə qoşulduğu Avropa Şurası “Gürcü Arzusu” tərəfindən "Xarici agentlər haqqında" rus qanununun geri qaytarılması ilə əlaqədar yaşadığı təşvişi ifadə edir. Təşkilat baş katib Mariya Peyçinoviç Buriçin bəyanatını dərc edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Xarici təsirin şəffaflığı haqqında qanun layihəsinin Gürcüstan parlamentində canlandırılması məndə təşviş doğurur. Keçən il mən Gürcüstanın bir çox dostları ilə birlikdə bu qanunvericilik təklifinin geri götürülməsini alqışladım. Bu gün bir daha təkrar edirəm ki, konstruktiv dialoq və standartlarımıza uyğunluq əsas məsələ olaraq qalır”, - deyə bəyanatda bildirilir.
Rus qanununun yenidən irəli sürülməsi barədə narahatlığını Avropa İttifaqı da bildirib. Xarici Fəaliyyət Xidmətinin sözçüsü Piter Stano qeyd edib ki, vətəndaş cəmiyyəti təşkilatları və media azadlığı üçün əlverişli mühitin təmin edilməsi Aİ-yə üzvlük prosesində ən vacib məsələdir.
Avropa Parlamentinin deputatları da tənqidi fikirlər səsləndiriblər. Ana Fotiqanın fikrincə, hakim partiya seçkilər öncəsi insanları bölməyə və Gürcüstana namizəd statusu verməklə artıq əldə edilənləri sarsıtmağa çalışır. Almaniyalı deputat Viola fon Kramon hesab edir ki, “Gürcü Arzusu” “Kremldəki ağalarından yeni təlimatlar alıb” və gürcü xalqının “yox” dediyi qanun layihəsini təqdim edib.
“Bu qanunun bir məqsədi var - Gürcüstanın Avropa gələcəyini sabotaj etmək, Gürcüstanı Rusiya bataqlığında qoymaq. Bu pis fikirdir”, - deyə Von Kramon bildirib.
Avropa Parlamentinin deputatı Miriam Leksman da qanun layihəsini Avropa gələcəyinə sabotaj elan etmək kimi qiymətləndirib.
"Gürcü Arzusu" 2023-cü ilin martında etirazlar və beynəlxalq təzyiqlər səbəbindən ləğv edilən “xarici agentlər haqqında” qanunu üç oxunuşda qəbul etmək niyyətindədir. Qanun layihəsinin mətni eyni olacaq, yalnız “xarici təsir agenti” adlanması “xarici güclərin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz olunacaq. Bu gün keçirilən brifinqdə hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze qeyd edib ki, qanun layihəsinə sürətləndirilmiş qaydada baxılmayacaq və hətta keçənilkindən daha böyük etiraz olsa belə geri götürülməyəcək. “Heç bir halda. Bu, prinsipial məsələdir”, - Mdinaradze bildirib. İndiyədək “Gürcü Arzusu”nun liderləri qanun layihəsinə qayıtmayacaqlarını və bu məsələ bağlandığını bəyan etmişdilər. Rus qanununun yenidən icra olunmasını partiyanın fəxri sədri Bidzina İvanişvili də dəstəkləyir.