“Gürcü Arzusu” partiyası artıq “Avropalı Sosialistlər Partiyası”nın (PES) müşahidəçi üzvü deyil. “Gürcü Arzusu”nun fəaliyyəti və mövqeyi “Avropalı Sosialistlər Partiyası”nın dəyərlərindən kənardadır. Bu qərarı nəzərə alaraq, “PES” liderləri hakim orqana “Avropalı Sosialistlər Partiyası”nın “Gürcü Arzusu” ilə bütün münasibətlərinə son qoymağı və bu qərarın dərhal həyata keçirilməsini təklif ediblər və bu qərar yekdilliklə qəbul edilib”, - deyə partiyanın saytında dərc olunan bəyanatda bildirilir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Avropalı Sosialistlər Partiyası” ilə “Gürcü Arzusu” arasında münasibətlər, bu ilin martında “Gürcü Arzusu” tərəfindən, eyni adlı “xarici agentlər” haqqında rus qanunun birinci oxunuşda qəbulundan sonra pisləşib. Minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları və misli görünməmiş beynəlxalq reaksiya nəticəsində Gürcüstanın hakim partiyası rus qanunlarını ikinci oxunuşda ləğv etməyə məcbur olub, lakin, buna baxmayaraq, mart ayında, “Avropalı Sosialistlər Partiyası”nın prezidenti, İsveçin keçmiş baş naziri Stefan Loffen, iyun ayında “Gürcü Arzusu”nun üzvlük statusuna yenidən baxılması məsələsini qaldırdı.
Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin mayın 4-də Macarıstanda ultramühafizəkarların konfransında iştirakından və homofob mesajlarla çıxış etməsindən sonra PES rəhbərləri “Gürcü Arzusu”nu açıq şəkildə tənqid ediblər.
Ğaribaşvilinin bəyanatına əsasən, “ənənəvi ailə dəyərlərini məhv etməklə və saxta azadlıqdan, LGBT təbliğatı, azyaşlı uşaqların valideynlərinə məhəl qoymadan cinsiyyət dəyişdirilməsini qanuniləşdirməyə, insanı öz kökündən, ailəsindən, adət-ənənəsindən, mədəniyyətindən, tarixindən qoparacaq şeyləri eyni adlı yenilik adı ilə sırımağa çalışan qüvvələr var”. Ğaribaşvili bildirib ki, onun Gürcüstandakı hökuməti “azlıqların çoxluğa qarşı zorakılığına” icazə verməyəcək və “azlığın aqressiv təbliğatla dəyərləri dəyişdirmək cəhdini” dəstəkləməyəcək.
“Gürcü Arzusu” “Avropalı Sosialistlər Partiyası”nı qabaqlayıb– partiyanın sədri İrakli Kobaxidze mayın 11-də bildirib ki, “Gürcü Arzusu” “PES”dən çıxmaq qərarına gəlib.
Kobaxidze şikayət edib ki, 2015-ci ildən bəri “PES” “Gürcü Arzusu”nu dəstəkləyən heç bir yyüksək səsli bəyanatla çıxış etməyib: “Üstəlik, partiyanın ayrı-ayrı nümayəndələri mütəmadi olaraq radikal müxalifəti dəstəkləyən siyasi kampaniyalara qoşulub. “Ötən il və bu il “Avropalı Sosialistlər Partiyası”ndan olan onlarla deputat Avropa Parlamentinin partiyamızın yaradıcısı Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqini, iki cinayətkarın – Mixeil Saakaşvilinin və Nika Qvaramiyanın azad edilməsini və digər cinayətkar Davit Kezeraşviliyə qarşı cinayət təqibinə xitam verilməsinin tələb olunduğu absurd qətnamələri dəstəkləyib”.