Prokurorluq Şurasının vakant baş prokuror vəzifəsinə 11 nəfərin namizədliyi irəli sürülüb. Onların arasında 2013-cü ildən baş prokurorun müavini vəzifəsində çalışan Qiorqi Qabitaşvili də var.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Prokurorluq Şurasının məlumatına görə, Qiorqi Qabitaşvilinin namizədliyi həm də prokuror olan akademik dairələrin və “Hüquq Sisteminin İnkişafı üzrə Araşdırma Mərkəzi” qeyri-hökumət təşkilatının nümayəndələri tərəfindən irəli sürülüb. Bundan başqa, prokurorluğun 463 prokuroru və müstəntiqi ona dəstək olduqlarını bildiriblər.
Qalan 10 namizədin siyahısı belədir:
- Paata Şavadze - vəkil, namizədliyini Prokurorluq Şurasına şəxsən təqdim edib;
- Viktor Axalbedaşvili - vəkil, qeyri komersiya şəxs “Hüquqların Müdafiəsi Mərkəzi” tərəfindən təqdim edilib;
- Davit Barbakadze - vəkil, “Dostluq Körpüsü - Kartlosi” təşkilatının təqdimatı;
- Aleksandre Kobaidze - vəkil, namizədliyini şəxsən Prokurorluq Şurasına təqdim edib;
- Lazare Corbenadze - vəkil, namizədliyi “Gürcüstan” partiyası tərəfindən irəli sürülüb;
- Salome Canuaşvili - vəkil, akademik dairələrin nümayəndələri tərəfindən təqdim olunub;
- Andronik Sarıbekov - vəkil, namizədliyini Prokurorluq Şurasına şəxsən təqdim edib;
- Qriqol Qaqnidze - vəkil - “Hüquq İttifaqı”, “Həqiqətə İnam”, “Siyasət və Hüquq Müşahidəçisi”, “Ədliyyə və Demokratiyanın İnkişafı Agentliyi”, “Beynəlxalq Müdafiə Təşkilatı”, “İnsan Hüquqlarının Müdafiəsi və Məhkumların Sosial Təminatı” və “Kasıb və Həssas Qruplar Üçün Yardım” kimi bir sıra qeyri-hökumət təşkilatları tərəfindən təqdim olunub.;
- Darecan Butsxrikidze - vəkil, namizədliyini Prokurorluq Şurasına şəxsən təqdim edib;
- Lali Bunturi - vəkil, “Gürcüstan” partiyası təqdim edib.
Dünən, iyunun 27-də saat 00:00-da Baş Prokurorluğa namizədlərin irəli sürülməsi başa çatıb.
Prokurorluq Şurası ən azı 3 namizədi seçərək parlamentə təqdim edəcək və parlament tam tərkibin səs çoxluğu ilə Gürcüstanın baş prokurorunu seçəcək.
Baş prokuror vəzifəsi İrakli Şotadze “səhhətində yaranan ağır vəziyyətə görə” istefa verdikdən sonra boş qalıb.
Gürcüstanın “Prokurorluq haqqında” Üzvi Qanununa əsasən, məhkumluğu olmayan, ali hüquq təhsili olan, əxlaqi və peşəkar keyfiyyətlərinə görə yüksək səlahiyyətlərə malik olan, Gürcüstan vətəndaşı cinayət işləri üzrə hakim və ya prokuror və ya cinayət işləri üzrə vəkil vəzifəsində ən azı 5 il iş təcrübəsi olan və ya ən azı 10 il hüquqşunas kimi iş təcrübəsinə malik olan və eyni zamanda ali akademik dairələrdən və ya vətəndaş cəmiyyəti təşkilatından Cinayət Məcəlləsi sahəsində tanınmış mütəxəssis olan şəxs Baş Prokuror seçilə bilər.