Batumi Dövlət Universitetinin və Dənizçilik Akademiyasının tələbələri də itaətsizliyə qoşulub

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Batumi Dövlət Universitetinin (BDU) və Dənizçilik Akademiyasının tələbələri səhər saatlarından etibarən BDU-nun qarşısında aksiya keçirir və “Gürcü Arzusu” “xarici agentlər haqqında” rus qanununu parlamentdən geri götürənədək qədər auditoriyalara qayıtmayacaqlarını bildirirlər. Onlar mühazirəçiləri də etiraza qoşulmağa çağırırlar.

“Dənizçilik Akademiyasının tələbələri tarixin doğru tərəfindədirlər və mən bütün mühazirəçiləri çölə çıxmağa çağırıram. İş yerlərini itirməkdən qorxmayın. Gürcüstan sizin əlinizdədir. Bu ölkə bizim əlimizdədir”;

“Biz həmvətənlərimizlə, həmyaşıdlarımızla və aksiyalara gələn, təzyiqə və döyülməyə məruz qalan hər kəsə həmrəyliyimizi bildiririk. Biz səsimizi çatdırana qədər və rus qanunu geri götürülənə qədər burada dayanacağıq”;

“Bu qanununun bizim üçün yaxşı olmadığını düşünən tələbələr itaətsizliyə qoşulmaq qərarına gəldik. Dənizçilik Akademiyası, İncəsənət Universiteti və Qriqol Robakidze Universitetinin tələbələri də itaətsizlik elan edirlər. Məhz tələbələr, gənclər rus qanuna və rus hökumətinə “yox” demək gücünə malikdirlər. Tələbə və gənclərlə mübarizədə heç kim qalib gəlməyib və bu məqam da istisna olmayacaq”;

“Biz Rusiyanın təsiri altında olacaq bir ölkədə təhsil almaq istəmirik. Məqsədimiz Avropa və müstəqil Gürcüstanda yaşamaqdır”;

“Biz konkret qanuna qarşı mübarizəyə başladıq, lakin o, azadlıq uğrunda mübarizəyə çevrildi. Şəxsən mənə səhər tezdən zəng vurub dedilər ki, paytaxta gəlsən, sümüklərimi sındıracaqlar. Bu, birbaşa gürcü insanının ləyaqətinə və azadlığına zərbə vurur. Gənclər bu onilliklərdə bir dəfə yalnız onların ləyaqətinə və azadlığına toxunulduqda çıxırlar”, - deyə itaətsizlik elan edən tələbələr bildiriblər.

Bir neçə mühazirəçi jurnalistlərə mühazirə keçirməyəcəklərini, tələbələrin yanında olacaqlarını bildiriblər.

Hazırda Gürcüstanda 20-dən çox universitetin tələbələri itaətsizliyə qoşulur, o cümlədən:

Tbilisi Dövlət Universiteti

İlya Dövlət Universiteti

Gürcüstan İctimai Əlaqələr İnstitutu (GIPA)

Gürcüstan Universiteti, Alte Universiteti

Tbilisi Rəssamlıq Akademiyası

Qafqaz Universiteti

Batumi Şota Rustaveli Universiteti

Biznes və Texnologiya Universiteti

Gürcüstan Milli Universiteti

Qara Dəniz Beynəlxalq Universiteti

Azad Universitet və Aqrar Universitet

Dövlət Teatr və Kino Universiteti

Gürcüstan-Amerika Universiteti

Alterbridge

Soxumi Dövlət Universiteti

Gürcüstan Texniki Universiteti

Şərqi Avropa Universiteti

Samtsxe-Cavaxeti Dövlət Universiteti

Kutaisi Beynəlxalq Universiteti

Qriqol Robakidze adına universitet

Batumi Dənizçilik Akademiyası

Bu gün, mayın 13-də parlamentin Hüquq Məsələləri Komitəsinin iclasında rus qanunu üçüncü oxunuşda müzakirə edilərək dəstəklənib. Müxalifət bir dəqiqə davam edən iclasa daxil ola bilməyib.

Vətəndaşlar komitə iclasından əvvəl gecəni parlament ətrafındı keçiriblər. Səhər tezdən hökumət onların dinc nümayişini dağıdıb və “Gürcü Arzusu”nun deputatlarının qanunverici orqana daxil olması üçün parlamentin girişlərini təmizləyib. Daxili İşlər Nazirliyi aksiyada 20 nəfəri həbs edib. Onların bəziləri Xüsusi Təyinatlılar tərəfindən amansızcasına döyülüb.

Hakim partiya rus qanununu mayın 14-də keçiriləcək plenar iclasda üçüncü, yekun oxunuşda qəbul etmək niyyətindədir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur