Tbilisi Şəhər Məhkəməsi mart ayında “agentlər haqqında” rus qanununa qarşı keçirilən etiraz aksiyalarının həbs edilmiş iştirakçısı Lazare Qriqoriadisinin atası Beka Qriqoriadisini, “Facebook” sosial şəbəkəsində polis əməkdaşlarını söydüyünə görə, cinayətkar kimi tanıyıb və 800 lari cərimələyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
İyunun 7-də, Daxili İşlər Nazirliyinin əməkdaşı - turist təhlükəsizliyi üzrə müfəttiş Qriqoriadisiyə qarşı İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü xırda xuliqanlıq və xidməti vəzifələrini yerinə yetirərkən polis əməkdaşının qanuni tələbinə tabe olmama və ya onu təhqir etmə maddələri ilə protokol tərtib edib. Protokola əsasən, iyunun 3-də, Beka Qriqoriadisi sosial şəbəkədə polis əməkdaşlarını təhqir edib, xüsusən də onların ünvanına “söyüş ehtiva edən təhqiramiz sözlər” işlədib.
Vəkil Nestan Londaridzenin bildirdiyinə görə, Facebook-da dərc olunan videoda Beka Qriqoriadisi polis barədə danışıb və konkret polis məmurunun adını və soyadını qeyd etməyib, lakin məhkəmədə şahid qismində dindirilən hüquqmühafizəçisi təhqiri öz üzərinə götürdüyünü deyib.
Hakim Koba Çaqunava Beka Qriqoriadisini yalnız xırda xuliqanlıq hissəsində cinayətkar kimi tanıyıb. Onun izah etdiyi kimi, xidməti vəzifələrini yerinə yetirərkən polisin təhqir olunması faktı baş verməyib.
Gürcüstan məhkəmələri sosial şəbəkələrdə edilən bəyanatlara görə cərimə etmək praktikasının əsasını qoymağa başlayır. 2023-cü ilin martında Tbilisi şəhər və Kutaisi Apellyasiya Məhkəmələri “Tik-Tok” və “Facebook”da polis məmurlarını söydüyünə görə iki vətəndaşı cinayətkar kimi tanıyıb. Onlardan birinə 2000 lari, digərinə isə 2500 lari cərimə kəsilib.
İrakli Miladze “Tik-Tok” sosial şəbəkəsində video dərc edib və orada Tbilisinin nəqliyyat siyasətinə kəskin etirazını bildirərək, Tbilisi meri Kaxa Kaladzenin ünvanına söyüş səsləndirib. O, ictimai nəqliyyat üçün nəzərdə tutulmuş, vəzifəsindən asılı olmayaraq hər hansı şəxsin hərəkətinin qadağan olunduğu zolaqda avtomobil idarə edənləri tənqid edib, vətəndaşları seçmə qaydada cərimələyən və dövlət qurumlarının əməkdaşlarından və onlara yaxın şəxslərdən isə pozuntulara görə cavab tələb etməyən polisləri lənətləyib. Tbilisi Şəhər Məhkəməsi sosial şəbəkələri hər hansı bir şəxsin “cəmiyyət tərəfindən qəbul edilmiş etika və əxlaq normalarına əməl etməyə borclu olduğu” ictimai toplaşma yeri hesab edib. Məhkəmə bildirib ki, İrakli Miladzenin dərc etdiyi videonu konkret polis əməkdaşı görüb və onu təhqir kimi qəbul edib.
Kutaisi Apellyasiya Məhkəməsi şəxsi “Facebook” səhifəsində yazı dərc edən və “polis əməkdaşlarını şərəf və ləyaqəti alçaldan nalayiq sözlərlə təhqir edən” vətəndaşı cinayətkar kimi tanıyıb.
“İctimai ünsiyyət və toplaşmaq üçün (yeganə olmasa da) və ən rahat yerlərdən biri, məhz sosial şəbəkədir və ictimaiyyətin xırda xuliqanlıq faktının şahidi olması üçün, bu fakt qanunda nəzərdə tutulmuş hüquqpozmanın bütün əlamətləri bir şəxsin sosial şəbəkədə etdiyi hərəkətdə ifadə edildikdə, fiziki şahidlik etmək ümumiyyətlə lazım deyil”, - deyə Apellyasiya Məhkəməsi izah edib.
Məhkəmə hesab edib ki, polis əməkdaşının təhqir olunmasının vaxtının və şəraitinin əhəmiyyəti yoxdur.
Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyasının qiymətləndirməsinə görə, məhkəmənin qəbul etdiyi bu qərarlar söz və ifadə azadlığının mövcud standartlarına zidd olan təhlükəli presedentlərdir.